Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Oğlu prezidenti ağlatdı - GÜNÜN TƏZADLARI
Tarix: 10.01.2019 | Saat: 19:15:00
Bölmə:Günün təzadları | çapa göndər

Belarus Prezidenti Aleksandr Lukaşenkonun oğlu Nikolay Lukaşenko vətən haqqında mahnı oxunarkən müğənnini royalda müşayiət etdi. Hafta.az yazır ki, bu haqda Virtualaz.org yerli mənbələrə istinadla xəbər yayıb. Çərşənbə günü prezident Lukaşenko “Belarus idman olimpi” mükafatlarının təqdimedilmə mərasimində iştirak edib. Oğlunun ifasından kövrələn dövlət başçısı göz yaşlarını saxlaya bilməyib.


Kənd məscidində “Nə? Harada? Nə vaxt?” oyunu keçirildi


Bu günlərdə Rusiyanın Penza vilayəti Qorodişen rayonunun Orta Elyuzan kəndindəki "Əbu Hənifə" məscidində "Nə? Harada? Nə vaxt?" intellektual oyunu təşkil edilib. Hafta.az-ın Rusiya mediasına istinadla verdiyi xəbərə görə, yarışmaya kəndin dörd məscidindən olan -"Nur", "İxlas", "İman" və "Ehsan" komandaları qatılıb. Oyunun mövzusu dini elmlərlə yanaşı, biznes, coğrafiya və digər sahələrdəki bilikləri də əhatə edib. Yarışmanın sonunda nəticələrə görə birinci yerə “Əbu Hənifə” məscidinin“Nur” komandası layiq görülüb. Yerli məscidin imamı Ruşan-xəzrət Bibarsov qeyd edib ki, intellektual oyunlar məntiqi düşüncəni inkişaf etdirir və möminlərin dünyagörüşünü genişləndirir.


Oğru məkanın sahibindən halallıq istədi


Türkiyənin Mardin şəhərinin Artuklu bölgəsində bir iş yerini qarət edən oğru 16 min manatlıq əşya ilə aradan çıxdı. Hafta.az-ın Musavat.com-a istinadla yaydığı xəbərdə deyilir ki, iş yeri sahibi olan Sərtaç Orman təhlükəsizlik xidməti əməkdaşlarına xəbər verdikdən sonra öz imkanları ilə oğrunun izinə düşüb. Oğrunun izini tapan Ormana oğru vasitəçilərlə mesaj yollayıb. Mesajda ‘Qardaş, haqqını halal et, həyat yoldaşım əşyaları çox bəyəndi, şikayətini geri çək. Zərərini ən qısa zamanda qarşılayacağıq", – yazılıb. Əldə edilən məlumata görə, ər-arvad olduqları öyrənilən iki nəfər iş mərkəzinə gələrək üçüncü mərtəbəyə yönəliblər. Buradakı iş yerini soyan şəxslər təxminən 16 min manatlıq əşyalarla yoxa çıxıblar. Əşyalar sırasında çəngəl-bıçaq dəsti, salfetka, toplantı masası, ofis dərsi, televizor, elektrik sobası olub.


100 manat rüşvətə görə hakim qarşısına çıxarıldı


100 manat rüşvətə görə işdən çıxarılan gömrük əməkdaşı hakim qarşısına çıxarıldı. Hafta.az Musavat.com-a istinadla xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində rüşvət almaqda təqsirləndirilən Ayaz Cəfərəliyevin cinayət işi üzrə məhkəmə iclası başlayıb. Prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib. Növbəti məhkəmə iclası yanvarın 16-na təyin edilib. Xatırladaq ki, bu işlə bağlı Dövlət Gömrük Komitəsi (DGK) məlumat yayıb. Məlumata əsasən, Bakı Baş Gömrük İdarəsi "İpək yolu" gömrük postuna təhkim olunan Baş Gömrük Mühafizə Xidmətinin "Şimal" gömrük mühafizə dəstəsinin böyük mühafizəçisi, gömrük xidməti mayoru Cəfərəliyev Ayaz Nəcəfqulu oğlu "İpək yolu" gömrük postunun 6-cı anbarında xidmət aparan zaman qulluq mövqeyindən sui-istifadə edərək "S3 Safety" MMC-nin ünvanına daxil olan yük nəqliyyat vasitəsinə baxış keçirdiyi üçün həmin şirkətin nümayəndəsi Rəhimov Rəşad İbrahim oğlundan 100 manat məbləğində qeyri-qanuni pul vəsaiti istəyib. Rəhimov Rəşad İbrahim oğlu da ona qeyri-qanuni olaraq 100 manat məbləğində vəsaiti verib. Xidməti vəzifəsinin icrasına səhlənkar yanaşaraq əmək vəzifələrini kobud şəkildə pozduğuna görə o, gömrük orqanlarından xaric edilib. A.Cəfərəliyev barəsində cinayət işi başlanılıb və Cinayət Məcəlləsinin 311-ci (rüşvət alma) maddəsi ilə ittiham irəli sürülüb.


Tibb maşını zədəli futbolçunun üstünə çıxdı


Braziliyadakı futbol matçı zamanı kuryoz hadisə baş verdi. Zədələnmiş futbolçuya yardım etmək üçün meydana daxil olan tibb personalını daşıyan maşın idmançının üzərindən keçib. Hafta.az Oxu.az-a istinadla xəbər verir ki, hadisə San-Pauluda keçirilən gənclər arasındakı kubok oyunu zamanı baş verib. “Trinidad” klubunun futbolçusu zədə alıb və bel ağrısına görə ayağa qalxa bilməyib. Qarşılaşmanın hakimi tibb briqadasını meydana dəvət edib. Bu zaman personalı daşıyan avtomobil yerdə uzanan futbolçunun ayağının üzərindən keçib. Yayılmış videodan görünür ki, futbolçu ciddi zədə almayıb və bir neçə dəqiqə sonra həmin avtomobillə meydandan çıxarılıb.


Bakıda qadınlar gecə avtomobili cızdı


Bakıda qızların maşınlara zərər vurması haqda məlumatlar yayıldı. Hafta.az yazır ki, bu barədə paytaxt sakinləri BAKU.WS-ə xəbər veriblər. Verilən məlumata görə, gecə saatlarında 2 qız avtomobilləri cızaraq onlara ziyan vurur. “Qara “Audi” markalı, 10 LH 181 nömrə nişanlı avtomobil mənə məxsusdur. Avtomobilimi gecə saat 4-5 radələrində 2 qadın cızıb”, – deyə maşın sahibi bildirib. Həmin şəxs iddia edir ki, bu hal artıq ikinci dəfədir baş verir. Qəribə olay Hüseyn Cavid prospekti, 73 ünvanında yerləşən yenitikilinin yerləşdiyi qarajda baş verib.



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
16.01.2019
15.01.2019