Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Maştağada ağac sınaraq piyada yolu bağlayıb
Tarix: 10.01.2019 | Saat: 19:30:00
Bölmə:Sosial | çapa göndər

Paytaxtın elə qəsəbələri var ki, mərkəzi yol кянарlarında quruyan ağaclar kəsilməmiş qalıb. Bir balaca külək olan kimi, həmin ağaclar gövdəsindən sınaraq əraziyə düşür. Belə олайлардан biri də Sabunçu rayonu Maştağa qəsəbəsinin mərkəzi, Heybət Heybətov küçəsində baş verib.

Həmin mərkəzi yol Buzovnaya və şəhərə gedir. Adıçəkilən küçədə, mərkəzi yolun кянарынda böyük söyüd ağacının bir budağı qırılaraq, 247 saylı fərdi yaşayış evinin həyət barısının üstünə düşüb. Qırılan budaq həmin ərazidən hava ilə gedən qaz xəttinin dayanacaq dirəyini də yerindən çıxardıb. Piyada yolu bağlandığından, sakinlər məcbur olub mərkəzi yolun içi ilə gedib-gəlirlər. Sakinlər dedilər ki, bir aya yaxındır, ağacı külək vurub sındırıb, xoşbəxtlikdən heç bir yerə ziyan dəymiyib. Quruyub kökündən sınmış ağacı kəsib ərazidən aparan yoxdur: “Bakı-Zabrat-Maştağa - Buzovna yolu olduğuna görə, hər iki istiqamətə bütün marşrut avtobusları və eləcə də avtomobillər gəlib-keçir. Avtomobil sıxlığı olduğundan piyadalarln yolla gedib- gəlməsi təhlükəlidir. Ağacın ikinci yoğun budağı da kökündən cat verərək əyilib, bir balaca külək olan kimi sınıb aşacaq. Yola düşüb xoşagəlməz hadisələrlə nəticələnə bilər”.

Adıçəkilən küçədə, 217 saylı həyət evinin qarşısında tut ağacı quruyub, gövdəsi əyilib, qaz borusunun üstünə düşüb və üstü ilə boru gedən dirəyi yerindən tərpədərək əyib.
Bununla bağlı Maştağa Bələdiyyəsinə müraciət etdik. Sözügedən qurumdan “Həftə içi”nə bildirdilər ki, bu barədə məlumatları var: “Ağacı kəsə bilmərik, çünki cəriməsi böyükdür. Qurumuş ağacları kəsmək üçün və yaxud sınmış quru ağacları ərazidən təmizləmək üçün Ekologiya və Təbii Sərvətlər Nazirliyinə məktubla müraciət etməliyik. Hətta quru ağacların şəkillərini çəkib aidiyyəti quruma göndərmək lazımdır. Onlar da gəlib qurumuş ağacları kəsməlidirlər”. Bəs görəsən, məktub yazıb sözükeçən qurumlara göndərmək bir o qədərmi çətin və vaxt aparandır?



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
25.03.2019
24.03.2019
23.03.2019
22.03.2019