Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
İtkin düşən dənizçilərin axtarışı bərpa edildi
Tarix: 10.01.2019 | Saat: 23:51:00
Bölmə:Hadisə | çapa göndər

Qara dənizdə Türkiyənin Samsun şəhəri yaxınlığında Panama bayrağı altında üzən “Volgabalt 214” gəmisinin qəzaya uğraması nəticəsində itkin düşən dənizçilərin axtarışı bərpa olunub.

Hafta.az xəbər verir ki, bu barədə Dövlət Dəniz Agentliyinin mətbuat xidmətinin rəhbəri Tural Müseyibov “Azərtac”a bildirib.

 O qeyd edib ki, dünən qəza baş verən bölgədə hava şəraiti kəskin dəyişdiyi üçün axtarışların helikopterlər və gəmilərlə aparılması müvəqqəti dayandırılmışdı. Yalnız çətin hava şəraitində axtarış aparılması nəzərdə tutulan texnikalarla axtarışlar davam etdirilirdi. Bu gün səhər saatlarında Dövlət Dəniz Agentliyinin Milli Mərkəzi Türkiyənin Samsun şəhərinin Dəniz Axtarış Xilasetmə Mərkəzi ilə əlaqə saxlayıb və məlumat verilib ki, hava şəraiti nisbətən sabitləşib. Axtarışlara yenidən gəmilər və helikopterlər cəlb edilib.

 T.Müseyibovun sözlərinə görə, hava şəraiti tam düzələndən sonra axtarışlar geniş radiusda həyata keçiriləcək.

 Qeyd edək ki, yanvarın 7-də Qara dənizdə Türkiyənin Samsun şəhəri yaxınlığında Panama bayrağı altında üzən “Volgabalt 214” gəmisi qəzaya uğrayıb. Gəmidə olan 13 nəfərdən 9-u sahilə çıxarılıb. Gəminin ekipaj üzvlərindən biri - Azərbaycan vətəndaşı, gəmi kapitanının baş köməkçisi İbrahimov Məmmədəli Surxay oğlu həlak olub və onun meyiti sudan çıxarılıb. Digər Azərbaycan vətəndaşı, gəmi kapitanı İsmayılov Turbat Kamil oğlunun isə axtarışları davam etdirilir.

 



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
24.06.2019
23.06.2019