Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
“Fransa xarici işlər nazirinin ölkəsində baş verənlərdən xəbəri yoxdur” – Aydın Mirzəzadə
Tarix: 11.01.2019 | Saat: 11:26:00
Bölmə:Siyasət | çapa göndər

Fransanın Xarici İşlər Nazirliyinin (XİN) rəsmisi Azərbaycanda konkret cinayət əməlinə görə həbs edildiyi vurğulanan Mehman Hüseynovla bağlı narahat olduğunu bildirib. XİN sözçüsü “Mehman Hüseynov işi”ni diqqətdə saxladığını da vurğulayıb.

Azərbayan Xarici İşlər Nazirliyinin (XİN) məsələyə mövqeyi özünü çox gözlətməyib. XİN mətbuat xidmətinin rəhbəri Leyla Abdullayeva bildirib ki, rəsmi Paris Mehman Hüseynov məsələsinə münasibət bildirməkdənsə, Fransada nümayişçilərə qarşı zorakılığı dəyərləndirsin.

Leyla Abdullayeva daha sonra qeyd edib ki, Fransa tərəfinin hazırda ölkəni “sarı jilet”lər aksiyası bürüdüyü bir vaxtda Mehman Hüseynov məsələsinə münasibət bildirməsi gülməlidir: "Ölkədə nümayişçilərə qarşı su şırnaqları, dəyənəklər və digər qeyri-proporsional şiddət növlərindən istifadə olunur, 4500-dən çox nümayişçi saxlanıb. Biz ümid edirik ki, Fransada saxlanılan nümayişçilərə qarşı ittihamlar aradan qaldırılacaq və onlar qısa zamanda azadlığa buraxılacaqlar".

Fransa Xarici İşlər Nazirliyinin bəyanatına millət vəkili Aydın Mirzəzadə də münasibət bildirib. Millət vəkili hafta.az-a açıqlamasında deyib ki, fransalı nazirlər ilk olaraq öz ölkələrində baş verənləri nəzərdən keçirsələr, daha yaxşı olar:

“Mənə elə gəlir ki, Fransa xarici işlər naziri ölkəsində baş verənlərdən xəbərsizdir. Yaxud o, hesab edir ki, konkret olaraq, Fransada baş verən hadisələrlə bağlı Azərbaycanda heç kəsin xəbəri yoxdur. Fransanın siyasi sistemi bu gün ciddi böhran keçirir. Hakimiyyətin legitimsizliyi ön plana çıxıb. Fransa prezidentinin reytinqi kəskin surətdə aşağı düşüb. Hakimiyyət öz vətəndaşları qarşısında götürdüyü öhdəliyi yerinə yetirmir. Belə bir halda Fransa hökumətinin rəsmisinin başqa ölkənin daxili işlərinə qarışacaq bəyanat verməsinin özü çox əcaibdir. Mənə elə gəlir ki, fransız nazirləri ilk növbədə gözlərindəki rəngli eynəyi çıxarıb öz ölkələrində baş verən hadisələrə baxsalar yaxşı olar. Azərbaycan isə öz problemlərini özü həll edir. Bundan sonra da həll etmək iqtidarındadır”.

Qeyd edək ki, Penitensiar Xidmətin mətbuat xidmətinin yaydığı məlumata əsasən, dekabrın 26-da 14 saylı Cəzaçəkmə Müəssisəsində insident yaşanıb. Məlumata görə, bloger müəssisənin Rejim-nəzarət şöbəsinin böyük inspektoru, ədliyyə leytenantı Əli Ələddin oğlu Abdalovun qanuni tələblərinə tabe olmayaraq, ona qarşı zor tətbiq edib, fiziki müqavimət göstərərək sonuncuya bədən xəsarəti yetirib. Xidməti otaqda olan əşyaları dağıdaraq sındırıb.



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
24.06.2019
23.06.2019
Heydər Əliyev Fondu Qarabağ müharibəsi əlili üçün yeni ev tikib
YAP-ın Mərkəzi qərargahında AXC-yə həsr olunmuş “Son iclas” filminin təqdimatı keçirilib - FOTO
Mxitaryanla əlaqədar Azərbaycana və UEFA-ya ünvanlanan tənqidlər başadüşülən deyil - Ermənistan Boks Federasiyası
Nəqliyyat məsələləri üzrə 24 saat fəaliyyət göstərən qərargah yaradılıb - Mais Ağayev
348 qanunsuz miqrant saxlanılıb
“Azərişıq” güclü külək və dolu ilə əlaqədar qabaqlayıcı tədbirlər görür
Deputatlarımız Bişkekdə TÜRKPA-nın komissiya iclasında iştirak edəcəklər
Hidayət Heydərov Qran-Pridə qızıl medal qazanıb - FOTO
Avtomobil qaçırmaqda şübhəli bilinən şəxs saxlanılıb - FOTO
Vergilər nazirinin müavini Qusarda sakinləri dinləyib - FOTO