Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
“Azərbaycan haqqında neqativ fikirlərin səsləndirilməsi əsl azərbaycanlı olan heç kəsə xoş deyil” – KOMİTƏ RƏSMİSİ
Tarix: 11.01.2019 | Saat: 12:32:00
Bölmə:Siyasət | çapa göndər

Son günlər Avropadakı bəzi dairələr Azərbaycana qarşı qara kampaniyaya başlayıb. Ölkəmizdə insan hüquq və azadlıqlarının pozulması, söz azadlığının boğulmasında ittiham edirlər. Onu da deyək ki, bu ittihamlar nə ilkdir, nə də sonuncu olacaq.

Çünki Böyük İpək Yolunun üzərində yerləşən, Şərqlə Qərb arasında qapı rolunu oynayan Azərbaycanın gündən-günə inkişafı bir çox beynəlxalq təşkilatların, eləcə də müəyyən mənşəyi məlum olmayan dairələrdə qıcıq yaradır.

Belə bir zamanda Azərbaycan Respublikasının aidiyyatı dövlət orqanları, eləcə də diaspor təşkilatları aktiv hərəkətə keçməlidir. Bizə qarşı qara kampaniya aparanların ağzının üstünə “həzrət Abbas silləsi” çəkməlidir ki, bu cür qərəzli ittihamlar ən azından səngisin. Əgər düyünlü yumruq ilişdirməyimiz mümkün olsaydı, indi ölkəmizin imicinə xələl gətirəcək söz də eşitmirdik.

Bəs Azərbaycan Respublikası Diasporla İş Üzrə Dövlət Komitəsi bu yöndə hansı işləri görüb? Diaspor təşkilatlarımız təlimatlandırılıbmı? Dövlətçiliyimizi təhdid edən nüanslar olduqda soydaşlarımız bir yumruğa çevrilə bilirmi? Avropadakı diaspor təşkilatlarımız son hadisələri gündəmdə saxlayırmı? Sualların sayını artırmaq da olar. Amma bu qədər suala bir tutarlı işlə, fəaliyyətlə də cavab vermək olar. Suallarımızı Azərbaycan Respublikası Diasporla İş Üzrə Dövlət Komitəsinə ünvanladıq.

Diasporla İş üzrə Dövlət Komitəsi, Təbliğat, informasiya və analitik təhlil şöbəsisinin müdiri Aqil Əsədov hafta.az-a açıqlamasında deyib ki, xaricdə yaşayan azərbaycanlılarla bağlı və diaspor fəaliyyətinin təşkili sahəsində dövlət siyasətini həyata keçirən mərkəzi icra orqanı olaraq, Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi soydaşlarımızın daha çevik təşkilatlanması, assimlyasiya proseslərinin inteqrasiya ilə əvəzlənməsini həyata keçirməkdədir. Eyni zamanda, diaspor təşkilatlarının milli maraqlar və azərbaycançılıq ideologiyası ətrafında cəmləşdirilməsi və diaspor hərəkatının gücləndirilməsi, eləcə də tədricən diaspordan lobbiçiliyə keçidin təmin olunması istiqamətində, mövcud qanunvericiliyin tələblərinə, ölkə başçısının tapşırıqlarına, fərman və sərəncam­la­rına uyğun olaraq müvafiq işləri görür: “Təbii ki, Azərbaycan haqqında neqativ fikirlərin səsləndirilməsi əsl azərbaycanlı olan heç kəsə xoş deyil. Xüsusilə, belə fikirlər özgə ocaqların qırağıda səsləndiri­ləndə, daha çox təəssüfləndiricidir. Bununla belə, bir məsələni qeyd etmək istərdik ki, xaricdə keçirilən aksiyalarda 8-10 nəfər, əsasənda, eyni adamlar iştirak edir. Bu da məlumdur, adamların donor təşkilatlar, ermənipərəst qurumlar qarşısında öhdəlikləri var və bunu etmədikdə qazanc əldə edə bilmirlər. Digər tərəfdən, belə insanlar qar-qışqırıq salmaqla xaricdə yaşamalarına don geyindirməyi də məqsəd kimi seçiblər”.

O ki, qaldı Dövlət Komitəsinin bu istiqamətdə yerinə yetirdiyi işlərə, Aqil Əsədov bildirib ki, komitənin fəaliyyəti şəffafdır və bütün işlər rəsmi sosial şəbəkə və internet saytı üzərindən geniş ictimaiyyətə təqdim edilir: “Məlumat üçün bildiririk ki, ölkələrin qanunvericilikləri fərqlidir və bəzən belə hallarla açıq mübarizə məqsədəuyğun deyil, mövcud ölkə qanunlarına ziddir və işin zərərinə ola bilər. Dövlət Komitəsi olaraq belə hallara operativ və qanunamüvafiq şəkildə yanaşırıq. Məsələn, Almaniya Kansleri xanım Merkelin 2018-ci ilin avqust ayında Azərbaycana səfəri ərəfəsində də ermənilər və ermənipərəst qüvvələr Azərbaycan əleyhinə şüarlar səsləndirir, kompaniya aparırdılar. Həmin vaxt diaspor təşkilatlarının təşəbbüsü və Dövlət Komitəsinin dəstəyi ilə bununla bağlı müvafiq müraciət hazırlandı və uyğun şəkildə təqdim edildi. Müraciətdə Almaniya-Azərbaycan münasibətlərinin 200 illik tarixə söykəndiyi, Azərbaycan çoxsaylı alman şirkətlərinin fəaliyyət göstərdiyi, ölkələr arasında ticarət dövriyyəsinin artan dinamika ilə inkişaf etdiyi, Azərbaycan-Ermənistan Dağlıq Qarabağ münaqişəsinə dair həqiqətlər, Azərbaycandakı alman evlərinin, lüteran kilsələri və memarlıq nümunələrinin bu günədək qorunub saxlanması və s. kimi məsələlər vurğulanırdı. Bu barədə mətbuatda da geniş informasiyalar gedib”.    

Komitə rəsmisi bir məsələni də vurğulamağı zəruri hesab edib. Aqil Əsədov deyib ki, diaspor fəaliyyəti könüllülük əsasında olur, diaspor işi bir qəlb, könül işidir: “Dövlət Komitəsi heç kimi diaspor rəhbəri təyin etmir, belə bir presedent mövcud deyil. Dövlət Komitəsi olaraq da diaspor təşkilatlarına hər hansı tapşırıqlar verilmir, yalnız təşkilatların və diaspor nümayəndələrinin dövlətimizin maraqlarına uyğun olan təşəbbüsləri dəstəklənir. Mövcud qanunvericiliyin tələblərinə uyğun maddi və təşkilatı dəstəklər göstərilir”.

Buradan gəlinən nəticə odur ki, Vətən üçün birləşmək könül işidir. Bəli, ailədən aldığımız tərbiyə, dövlətçiliyə sədaqətimiz bu işdə əsas baza rolunu oynayırsa, bəs problem nədədir? Sualım 50 milyonluq soydaşlarımızadır.



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
16.01.2019
15.01.2019