Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Kütləvi çəkilən yerli filmlər, sətiraltı ifadələr, söyüşlər... - SORĞU
Tarix: 11.01.2019 | Saat: 13:55:00
Bölmə:Sosial | çapa göndər

Ölkəmizdə son bir neçə ildir ki, kütləvi olaraq serillar çəkilir. Lakin yerli filmlərin əksəriyyətində vulqar ifadələr, sətiraltı nüanslar öz əskini tapır.

Filmə çəkilənlər arasında vinerləri də görmək olar. Maraqlıdır ki, yerli filmlər insanların maraq dairəsinə uyğun gələ bilirmi?

Hafta.az- a danışan psixoloq Fərqanə Mehmanqızı Azərbaycanda çəkilən heç bir filmə baxmadığını deyir:

“Son dövrlər Azərbaycanda çəkilən filmlərə baxmıram. Ancaq ətrafımda yerli filmləri izləyənlərin olduğunu da görürəm. Televiziya elə məkandır ki, orada gedən hər bir informasiya cəmiyyətə yayılır. Cəmiyyətin təfəkkürünə birbaşa nüfuz edə bilmə gücünə malikdir. Buraya mənfi və müsbət - hər şey daxildir. Lakin bizim söz ehtiyyatımızda söyüşlərin, sətiraltı vulqar ifadələrin olmasını doğru hesab etmirəm. Xüsusi ilə gənclər özlərini izlədikləri film qəhrəmanına bənzədirlər. Onların danışğı, geyim tərzini özlərində formalaşdırmağa çalışırlar. Bu da təbii ki, filmdə səsləndirilən ifadələrin də mənimsəməyə imkan yaratmış olur. Günümüzdə gördüyümüz odur ki, artıq gənclərin əksəriyyətinin nitqində söyüşlü ifadələr zənginləşir. Bu da kütlənin müxtəlif qruplara bölünməsinə gətirib çıxarır: Elə ifadələrə aqressiya ilə qarşılayanlar və normal qəbul edənlər”

Ariz Tarverdiyev (jurnalist, tərcüməçi): “Təəssüf ki, iş rejimi ilə əlaqədar olaraq seriallara baxmaq imkanım olmur. Yerli serialların çoxalması təbii ki, müsbət haldır. Bu sektorun nisbətən inkişafı dövlətin müvafiq dəstəyindən sonra rəvac tapmağa başladı. Amma bilirəm ki, tamaşaçıların ümumi rəyi o qədər də müsbət deyil. Bu da təbiidir. Çünki bir neçə ildir kütləvi olaraq serillar çəkilir. İllər keçdikdə yerli seriallarımızda kəmiyyət dəyişikliyi ilə babərəbər keyfiyyət dəyişikliyinin şahidi olacağıq. Vinerlərin əksər vineları - yeri gəlmişkən bu sözə də bir qarşılıq tapmaq lazımdır - etik normalardan kənar, bayağı gülüşü, qeyri-ciddi həyat tərzini aşılayır. Təbii ki, bunlar da yolverilməzdir. Bir zamanlar televiziyaları bayağılıqda qınayanlar bu gün özləri bayağılığı təbliğ edirlər.. .”

Kamal Yaşar( aktyor, rejissor): “Heç birinə baxmıram, amma hamısından xəbərim var. Yəni ümumiyyətlə mexanizmdən xəbərdaram. Yerli bazarın inkişafı üçün nə qədər çox rəqabət olsa bir o qədər yaxşıdı, inkişafa təkandı. Mən heç bir vinerin çəkdiyi filmi efir məkanında görməmişəm. Həm mənim doğru sayıb-saymamağımın da bir önəmi, təsirediciliyi yoxdur”.

Ruzbeh Məmməd

 



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
25.03.2019
24.03.2019
23.03.2019
22.03.2019