Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Sərmayə müqabilində vətəndaşlıq - Azərbaycanda bu təcrübənin tətbiqi mümkündürmü?
Tarix: 11.01.2019 | Saat: 15:09:00
Bölmə:Sosial | çapa göndər

Bu günlərdə dünyada xarici sərmayə və ya müəyyən məbləğ müqabilində vətəndaşlıq verən ölkələrin siyahısı açıqlandı. Bu siyahıda vətəndaşlıqla əlaqədar bir çox maraqlı təkliflərə rast gəldik. Məsələn iqtisadiyyatına xarici sərmayələrin qoyuluşunu istəyən bir çox dövlətlər məhz on min –on milyon dollar sərmayə qoyuluşu fonunda ayrı-ayrı ölkələrdən gələn insanlara vətəndaşlıq təklif edir. 

Bəs Azərbaycanda da bu metodlardan istifadə edilməsi imkanları nə dərəcədədir? Ölkəyə sərmayə qoyuluşunu artırmq üçün bu cür üsulların tətbiqi mümkündürmü?

Hafta.az-a danışan iqtisadçı ekspert Rəşad Həsənov hesab edir ki, Azərbaycanda xarici vətəndaşların qeydiyyata düşməsi çətin bir mərhələdir:

“Burada proseslər çox mürəkkəbdir. Hətta Azərbaycanı bu məsələdə Almaniya ilə müqayisə etmək olar. Türkiyə ölkəsində xarici vətəndaşların qeydiyyatdan keçməsi məsələsinə dəfələrlə qayıdıb, tələbləri aşağı salıb. Azərbaycanın konteksindən baxdıqda isə 70-80 min manat dollar məbləğində investisiya edən şəxslərə vətəndaşlığın verilməsi tələbi vardır. Bu da ilkin və ya müvəqqəti - 5 il müddətində yaşama hüququ verir. Yaxşı olardı ki, bizdə də standartlar və tələblər aşağı salınsın”.

İqtisadçı Samir Əliyevin fikrin görə, Azərbaycdanda əcnəbi vətəndaşların qeydiyyata düşməsi məsələsi digər dövlətlərə nisbətən çətindir:

“Burada ki qaydalar bir çox halda həll yolunu tapa bilmir. Qeydiyyata düşmək istəyən xarici vətəndaş istəyir tezliklə işi həll olsun, ancaq ağır şərtlərlə üzləşə bilir. Bildiyimiz kimi xaricdən gələn işçi qüvvəsi vardır ki, bunlar yerli işçi qüvvəni sıradan çıxarır. Buna səbəb axının çox olmasıdır. Lakin xaricdə azərbaycanlı vətəndaş yalnız maaşa işləyirsə, yerli vətəndaş daha çox qazanmış olur. Əlbəttə, qeydiyyata düşməklə bağlı ödənilən məbləğlər ölkə iqtisadiyyatı üçün çox vacib amillərdən biridir. Yəni pullar birbaşa büdcəyə gedir. Büdcədən də iqtisadiyyatın ayr-ayrı sahələrinin inkişafı üçün istifadə edilir”.

Dövlət Miqrasiya Xidmətindən aldığımız məlumata görə, Azərbaycan Respublikasının ərazisində son beş il ərzində fasiləsiz olaraq qanuni əsaslarla daimi yaşayan, qanuni gəlir mənbəyi olan, Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına riayət olunması barədə öhdəlik götürən, habelə Azərbaycan Respublikasının dövlət dilini bilməsi haqqında sənəd təqdim edən əcnəbi və vətəndaşlığı olmayan şəxs mənşəyindən, irqi və milli mənsubiyyətindən, cinsindən, təhsilindən, dinə münasibətindən, siyasi və başqa əqidələrindən asılı olmayaraq qanunvericiliyə müvafiq surətdə öz vəsatəti ilə Azərbaycan Respublikasının vətəndaşlığına qəbul edilə bilər.

Əcnəbinin və ya vətəndaşlığı olmayan şəxsin Azərbaycan Respublikasının ərazisində daimi yaşama müddəti ona qanunvericiliklə müəyyən edilmiş qaydada daimi yaşamaq üçün icazə verildiyi gündən hesablanır.

Əvvəllər Azərbaycan Respublikasının vətəndaşı olmuş və ya Azərbaycan Respublikası vətəndaşlığına xitam verilmiş şəxsin vəsatəti ilə o, “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinin ikinci hissəsində sadalanmış məhdudiyyətlər nəzərə alınmaqla Azərbaycan Respublikasının vətəndaşlığına bərpa edilə bilər.

Azərbaycan Respublikası vətəndaşlığına bərpa və ya vətəndaşlığına xitam verilmə barədə Azərbaycan Respublikası ərazisində yaşayan şəxslər Dövlət Miqrasiya Xidmətinə, xarici dövlətlərdə yaşayan şəxslər isə Azərbaycan Respublikasının diplomatik nümayəndəlikləri və ya konsulluq idarələri vasitəsi ilə Xarici İşlər Nazirliyinə müraciət edirlər.

Azərbaycan Respublikası vətəndaşlığına qəbul barədə əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Dövlət Miqrasiya Xidmətinə müraciət edirlər.

Şəxs Azərbaycan Respublikası vətəndaşlığını əldə edərkən vətəndaşlığı almaq üçün zəruri olan məlumatı qəsdən saxtalaşdırmışsa və ya saxta sənəd təqdim etmişsə, əldə etdiyi Azərbaycan Respublikası vətəndaşlığını itirir.

Azərbaycan Respublikasının Prezidenti tərəfindən şəxsin Azərbaycan Respublikası vətəndaşlığına qəbulu, bərpası və ya onun vətəndaşlığına xitam verilməsi barəsində müvafiq sərəncam verilir.

Ruzbeh Məmməd



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
26.03.2019
25.03.2019
24.03.2019