Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
“Belə məsələlərdə ermənipərəst qüvvələrin də rolu az deyil” – DİASPORA RƏHBƏRİ
Tarix: 11.01.2019 | Saat: 15:46:00
Bölmə:Siyasət | çapa göndər

“Almaniyada yaşayan azərbaycanlılar və türklər hər iki ölkəyə qarşı yönələn istənilən hərəkətdə birlik nümayiş etdirir. Biz iki dövlətin bir diasporu olaraq bərabər işləyirik”.

Bunu hafta.az-a açıqlamasında Köln Türk-Azərbaycan Mədəniyyət və Həmrəylik Cəmiyyətinin rəhbəri Ufuk Kamal deyib. Cəmiyyət sədrinin sözlərinə görə, Azərbaycanla bağlı xaricdə mənfi, neqativ fikirlərin səslənməsi, həm də azərbaycanlıların bunu etməsi bizi üzür: “Təbii ki, burada ermənipərəst qüvvələrin də rolu az deyil. Belə hallar baş verəndə biz daim haqq səsimizi qaldırmışıq. Əl-ələ verərək daim bütün məsələləri çözməyə çalışmışıq. Amma bir faktı deməliyəm ki, biz də Almaniyanın qanunlarına əməl etməyə, həmin qanunlar çərçivəsində yaşamağa borcluyuq. Almaniyanın da özünəməxsus qanunları var. Bu kimi məsələlərin məhkəmələrə daşınması heç də yaxşı qarşılanmır. Hətta ziyanlı nəticələr doğura bilər. Biz buna həm ölkələrimizin mövqeyindən, həm də dövlətlərarası münasibətlər baxımından yanaşırıq. Elə etməliyik ki, dövlətlərarası münasibətlər zədələnməsin”.



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
16.01.2019
15.01.2019