Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Özülü 75 il əvvəl qoyulan azad Mərakeş
Tarix: 11.01.2019 | Saat: 16:00:00
Bölmə:Maraqlı | çapa göndər

Bu gün Mərakeşdə Müstəqillik haqda aktın qəbul edilməsindən 75 il ötür. Məhz 1944-cü il yanvarın 11-də, həmin dövrdə son vaxtlar qurulmuş İstiqlal Partiyası bu sənədi hazırlayaraq, dünyaya elan edib.

Həmin illərdə Mərakeş torpaqları Fransanın işğalı altında idi. Ölkədə gündən-günə güclənən milli azadlıq hərəkatı yadellilərə qarşı nifrəti körükləməkdəydi. Amma dövrünün müasir silah-sursatını əlində tutan fransız ordusu ilə toqquşmaq əliyalın mərakeşliləri qırğına sürükləyə bilərdi. Bu səbəbdən də 1943-cü il dekabrın 10-da təsis olunan İstiqlal Partiyası mübarizəni siyasi müstəvidə aparmağa qərar verdi. Elə müstəqillik bildirişinin müəllifi də bu partiyada toplanmış 70 azadlıqsevər olmuşdu.

Tarixi gerçəklik bu idi ki, o illərdə Mərakeşin azadlıq mübarizəsini Vaşinqton və London dəstəkləyirdi. Hətta bir sıra tarixçilər bu illəri Şimali Afrikanın qapılarının Anglo-Amerika birliyinin üzünə açıldığı dövr adlandırır. Bu barədə amerikalı yazıçı Duqlas Elliot Aşfordun “Mərakeşin siyasi dəyişikliyi” adlı kitabında da qeyd olunub.

Kitabda yazılır ki, II Dünya müharibəsi illərində Mərakeş xalqı alman faşizminin məğlub edilməsi üçün böyük səylər göstərib. Amerika rəhbərliyi məhz bu səyləri yüksək dəyərləndirərək mərakeşlilərin mübarizəsini dəstəkləyib. Prezident Ruzvelt şəxsən Mərakeşin Fransa müstəmləkəçiliyindən azad olunmasını istəyirdi. Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) açıqlamasında, prezident Ruzvelt deyirdi: "Mərakeşlilərin yaşadığı Mərakeş nəyə görə Fransaya aid olmalıdır? Məncə mərakeşlilərin fransızların müstəmləkə hakimiyyəti altında yaşamasından daha yaxşı nəsə var. Deyirlər ki, bu torpaq Fransaya aiddir. Mən də sual verirəm: hansı məntiqə, hansı şəraitə və tarixi faktlara görə? Biz müharibədə qələbə çaldıq. Amma şəxsən mən və dövlətimiz olan Birləşmiş Ştatlar Fransanın imperialist iddialarını daha da gücləndirəcək bir planı qəbul etməcək”.

Aşford kitabında qeyd edir ki, 1943-cü ilin ortalarında "Ruzvelt, Çörçill və Hopkinslə Mərakeş kralı arasında keçirilən görüş mərakeşlilərin mübarizəsinin mütləq arzulanan sonluqla bitəcəyinə dair ümidləri artırdı. Amma bu dövrdə Paris tərəfindən narahatlıq yaradan bir addım atılmışdı. Bu, Suriya və Livanda azadlıq hərəkatlarını qan içində boğmuş birinin Mərakeşə general-qubernator təyin edilməsi idi.

Amma xalq azadlığını heç nəyə dəyişmək istəmirdi. Fas, Rabat, Sale, Marrakeş, Azru, Oucda, Safi və Meknesin bütün ziyalıları - müəllimlər, tacirlər, tələbələr və hətta dövlət məmurları İstiqlal Partiyasının hazırladığı Müstəqillik bəyannaməsində yazılanları dəstəkləyirdi. Ölkənin mövcud idarəedici strukturuna, müttəfiqlərin hökumətlərinə, Parisin təyin etdiyi general-qubernatora ünvanlanan həmin bildirişdə Mərakeşə tam müstəqilliyin verilməsi tələb edilib. Qısa vaxt sonra müzakirələrə start verilib və bu da İstiqlal Partiyasının çəkisini xeyli artırıb. Buna baxmayaraq, müstəmləkəçilər gizli təxribatla məşğul idilər. Aşforda görə, onlar Məhəmməd Lyazidi, eləcə də Əhməd Balafreyi guya almanlarla əməkdaşlıq etməkdə günahlandıraraq, həps etmək istəyirdilər. Məsələdən xəbərdar olan xalq bir sıra şəhərlərdə nümayişlər keçirərək Parisin mövqeyini pisləyib.

İstiqlal Partiyası, Lyazidinin təşəbbüsü ilə "1944-cü ildə Fransaya yeni bir müraciət göndərib. Həmin müraciətdə də Fransa ilə iqtisadi-ticarət əlaqələrinin qalması şərtilə tam siyasi azadlıq tələb edilib.

Bildiyimiz kimi, müstəqillik bildirişi 1944-cü ildə hazırlanıb təqdim olunsa da, Mərakeşin müstəmləkəçilərdən azadlığını tam alması 1956-cı ilədək uzanıb. Bu müddətdə mərakeşli azadlıqsevərləri yolundan döndərmək üçün səylər göstərilib. O cümlədən, kral V Məhəmməd həps edilərək 1953-cü ildə Fransanın müstəmləkəsi olan Madaqaskara sürgün edilib. Onun yerinə o dövrdə Mərakeşlilər arasında məşhur olan Məhəmməd Ben Aarafa gətirlib. Ancaq onun milli azadlıq mübarizəsini ciddi dəstəkləməməsi ölkədə fransız və ispan müstəmləkəçilərinə qarşı aktiv mübarizəni gücləndirib. Təzyiqlərin artdığını görən müstəmləkəçilər V Məhəmmədin ölkəsinə dönməsinə icazə veriblər. Nəticəsi də bu olub ki, 1956-cı ilin martında Mərakeş İspaniya və Fransadan tam müstəqilliyini alıb...



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
25.03.2019
24.03.2019
23.03.2019
22.03.2019