Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Qazaxıstanın XİN başçısı Beynəlxalq Türk Akademiyasının prezidenti ilə görüşüb
Tarix: 11.01.2019 | Saat: 16:05:00
Bölmə:Siyasət | çapa göndər

Qazaxıstan xarici işlər naziri Beybut Atamkulov Beynəlxalq Türk Akademiyasının prezidenti Darxan Kıdırəli ilə görüşüb.

Hafta.az yazır ki, görüş zamanı D.Kıdırəli naziri Atamkulovu yeni təyinatı münasibətilə təbrik edərək, TWESCO-nu fəaliyyəti barədə məlumat verib.

Beynəlxalq Türk Akademiyasının ötən il il ərzində həyata keçirdiyi layihələr haqqında B.Atamkulovu məlumatlandıran D.Kıdırəli, təşkilatın 2019-cu il fəaliyyət planı haqqında fikirlərini bölüşüb. TWESCO prezidenti göstərilən dəstəyə görə Xarici İşlər Nazirliyinə təşəkkür edib. Bunların yanaşı, 2019-ci ilin iyul ayında Astanada keçirilməsi planlaşdırılan Dünya Türkoloqlar Konqresi haqqında fikir mübadiləsi aparılıb.

XİN başçısı B.Atamkulov prezident Nursultan Nazarbayevin türkdilli dövlətlərin inteqrasiyası prosesinə böyük əhəmiyyət verdiyini vurğulayaraq, TWESCO-nun bu istiqamətdəki fəaliyyətinə dəstəklərini davam etdirəcəklərini bildirib və akademiyanın işinə uğurlar arzulayıb.



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
26.06.2019
25.06.2019