Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
“Ölkəmizə qarşı aksiyalarda cəmi 8-10 nəfər iştirak edir” – Maisə Ağamirzəyeva
Tarix: 11.01.2019 | Saat: 16:25:00
Bölmə:Siyasət | çapa göndər

Anti-Azərbaycan qüvvələrinin son günlər Avropada fəallaşması Azərbaycanın Qərbdəki müxtəlif diaspor təşkilatlarını da hiddətləndirib. Bu hiddətdən öncə, ölkə daxilindəki vətəndaş cəmiyyətinin nümayəndələri də onlardan dövlətimizə qarşı çıxan “sapı özümüzdən olan baltalar”a qarşı sərt mövqe sərgiləməyi tələb edirdi. Artıq diaspor nümayəndələri, müxtəlif təşkilatlar, xaricdəki icmalarımız da erməni lobbisinin dəyirmanına su tökənlərə qarşı sərt mövqe sərgiləyirlər.

Açığını desək, axırıncı hadisələrdən sonra bir çoxlarında “Avropada Azərbaycan əleyhinə fəaliyyət göstərən “azərbaycanlılara” qarşı mübarizədə diaspor təşkilatlarımızın səsi nədənsə çox zəif gəlir”- təssüratı yaranmışdı. Hər kəs səbəb axtarırdı.

Avropa Azərbaycanlıları Konqresinin və Dünya Azərbaycanlıları Əlaqələndirmə Şurasının üzvü, Ana Vətən Niderland Azərbaycanlı Qadınlar Birliyinin sədri Mayisə Ağamirzəyeva hafta.az-a açıqlamasında deyib ki, xaricdə Azərbaycanla bağlı mənfi, neqativ fikirlərin səslənməsi əsl azərbaycanlı olan hər kəsi narahat edir: “O cümlədən məni və diaspor hərəkatına xidmət edən azərbaycanlıları da üzür. Bəzi insanların “sığındıqları” ölkələrdə doğma vətənlərinə qarşı bu cür “mübarizə” metodu seçmələri təəssüf hissindən başqa bir şey doğurmur. Diqqət etsəniz belə aksiyalarda uzağı 8-10 nəfər iştirak edir. Onlar da demək olar ki, eyni adamlardı. Görünən odur ki, bu şəxslərin donor təşkilatlar, ermənipərəst qüvvələr qarşısında xüsusi öhdəlikləri yox deyil və bunu özlərinə həyat tərzi, yaşam mənbəyi seçiblər. Azərbaycanı qaralamalıdırlar ki, qarşılığını da ala bilsinlər. Avropoda Vətənini sevən, ürəyi Azərbaycanla döyünən, ölkəsinə qarşı ədalətsiz və haqsız hərəkətlərə qarşı daim edtiraz edən minlərlə azərbaycanlı yaşayır”.

Mayisə Ağamirzəyevanın fikrincə, müxtəlif məsələlərdə diaspor təşkilatlarının səsi hər zaman eşidilir: “Bir faktı deyim ki, Almaniya Kansleri Merkel 2018-ci ilin avqustda Azərbaycana səfəri edərkən də ermənilər və ermənipərəst qüvvələr, onların maliyyələşdirdiyi insanlar Azərbaycan əleyhinə çıxışlar etməyə başladılar. Bu Azərbaycan əleyhinə Avropada aparılan kampaniya idi. Biz o vaxt da səsimizi qaldırdıq və müraciətimizi etdik”.

Mayisə Ağamirzəyevanın sözlərinə görə, hər bir ölkənin öz qanunları var və orada yaşayan insanlar da bu qanunlara əməl etməyə borcludur. O ki qaldı məhkəmə, yəni, həmin adamların məhkəməyə verilmə məsələsinə, qeyd etmək istəyirəm ki, bir çox məsələlərə məhz bu müstəvidə müdaxilə ziyanlıdır və bu hətta dövlətlər arasında münasibətləri belə zədələyə bilər: “Biz könüllülər ordusuyuq, ölkəmizlə yaşadığımız ölkənin sivil əlaqələrinin möhkəm olması üçün daim çalışırıq. Çoxlu mədəni tədbirlər təşkil edirik, ana dilimizin itməməsi üçün dərnəklər açırıq. Hər yerdə məmləkətimizin müsbət obrazının qorunmasına can atırıq. Avropa cəmiyyətinin bir parçası olmağa çalışırıq. Bir sözlə, diaspor təşkilatları daim fəaldır, dövlətimizlə bağlı istənilən məsələdə birlik nümayiş etdirir və ermənipərəst qüvvələrə söykənənlərin cavabını verir. Mən düşünmürəm ki, sizin dediyiniz kimi diaspor təşkilarlarının səsi zəif gəlir”.



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
26.06.2019
25.06.2019