Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Gürcüstanlı hücumçu "Qəbələ"də
Tarix: 11.01.2019 | Saat: 17:47:00
Bölmə:İdman | çapa göndər

2018-2019-cu illər mövsümünün ikinci yarısının hazırlıqlarını Bakıda davam etdirən “Qəbələ” qış fasiləsində ikinci transferini gerçəkləşdirib.

Hafta.az klubun saytına istinadən məlumat verir ki, “qırmızı-qaralar” gürcüstanlı futbolçu Davit Volkovini heyətinə qatıb. 24 yaşlı hücumçu ilə 1 illik müqavilə imzalanıb.

Son klubu “Saburtalo” olan D.Volkovi 2017-2018-ci illərdə bu komandanın formasını geyinib. Hücumçu bunadək Gürcüstanda “Qaqra” (2012-2013), Tbilisi “Dinamo”su (2013-2016), həmçinin icarə əsasında oynadığı “Dinamo-2” (2013-2015), “Çixura” (2016) və “Sioni”də (2016) çıxış edib. 2017-ci ildə Serbiyanın “Zemun” klubunda legioner həyatı yaşayıb.

Xatırladaq ki, “Qəbələ” bunadək Azərbaycan millisinin qapıçısı Anar Nəzirovu transfer edib.



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
24.06.2019
23.06.2019