Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
“Prezidentin bu ili "Nəsimi ili" elan etməsi təqdirəlayiqdir”- Möhsün Nağısoylu
Tarix: 11.01.2019 | Saat: 17:32:00
Bölmə:Gündəm | çapa göndər

Xəbər verdiyimiz kimi bu gün Prezident İlham Əliyev 2019-cu ili Azərbaycanda “Nəsimi İli” elan edib.

Bununla bağlı Nəsimi adına Dilçilik İnstitutunda nə kimi işlər görüləcək?Bu sualı Nəsimi adına Dilçilik İnstitutunun direktoruna ünvanladıq.

Professor Möhsün Nağısoylu hafta.az-a açıqlamasında bu qərarın təqdirə layiq olduğunu dedi:

“Nəsimi bizim ədəbiyatımızın görkəmli simlarından biridir. Doğrudan da Nəsimi ili elan edilməsi bizi səfərbər edir ki, İnstitutda yeni işlər görək. Çünki, İnstitutumuz böyük şairin adını daşıyır. Nəsiminin Azərbaycan dilinin zənginləşməsində müstəsna xidmətləri olub. Biz istəyirik ki, ədəbiyyat institutu ilə birlikdə “Nəsiminin söz dünyası, poetik dili və ədəbi irsi» mövzusunda beynəlxalq konfrans keçirək. Təbii ki, bu konfransa xaricdən də qonaqlar dəvət olunacaq. Həm də Nəsiminin nə qədər söz işlətməsi fərqi yoxdur, fars, ərəb, tük – hamısının ilk növbədə elektron lüğətini hazırlamaq istəyirik, hətta bu istiqamətdə müəyyən işlər də görülüb. Eyni zamanda hazırlanan bu lüğət kitab şəklində də çap olunacaq. Bundan əlavə, Nəsiminin dili ilə bağlı araşdırmalar aparmaq istəyirik”.

Ruzbeh Məmməd



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
16.01.2019
15.01.2019