Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Nəsimi rayonunda 2018-ci ilin yekunları müzakirə edilib
Tarix: 11.01.2019 | Saat: 18:30:00
Bölmə:Sosial | çapa göndər

Ölkə rəhbərliyi tərəfindən Bakı şəhəri və onun qəsəbələrinə olan diqqət və qayğı nəticəsində Nəsimi rayonunda bir sıra işlər həyata keçirilib. Ötən il görülən işlərə yekun vurulması, onların təhlili və qarşıda duran vəzifələrin həyata keçirilməsi yolları Nəsimi rayon İcra Hakimiyyəti Başçısının 1 saylı sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin Nəsimi rayon rəhbərliyi, rayonun təsərrüfat xidmətləri rəhbərləri, rayon ictimaiyyətinin iştirakı ilə Qafqaz Baku Sport otelində keçirilən, 2018-ci ilin yekunlarına həsr olunan yığıncağında müzakirə olunub, növbəti il üçün konkret tədbirlər müəyyənləşdirilib.

Hesabat məruzəsi ilə çıxış edən Nəsimi rayon İcra Hakimiyyəti Başçısının 1 saylı sahə inzibati ərazi dairəsi üzrə nümayəndəsinin müavini Eldəniz Cabbarov bildirib ki, ötən il Nəsimi rayonunda aparılan genişmiqyaslı quruculuq işləri çərçivəsində 1 nömrəli Sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyin ərazisində də bir sıra abadlıq işləri aparılıb, çoxsaylı yüksəkmərtəbəli binaların fasadları əsaslı təmir olunub, «Abad həyət» və "Bizim Həyət" layihələri çərçivəsində geniş işlər görülüb, yeni yaşıllıq zolaqları salınıb. Əhalinin asudə vaxtlarının səmərəli keçirilməsi və istirahəti üçün mövcud parklarda və binaların həyətlərində yeni skamyalar, yeni söhbətgahlar qoyulub, uşaqlar üçün əyləncəli idman qurğuları quraşdırılıb. İnzibati ərazinin əhatə dairəsinə düşən H.Seyidzadə 1, 3,7, R.Məmmədov 23, 25, A.Məhərrəmov 46,50,68, 20 yanvar 37 A saylı binalarin fasadlarinin təmiri başa çatıb. A.Mustafayev 10, 11, 12, 14, 17 və 17A saylı binaların fasadaları rənglənib, bu binalarda yerləşən ticarət obyektlərinin qanunsuz və istifadəyə yararsız reklamları sökülüb.

Mir Cəlal küçəsində yüksək gərginlikli elektrik xəttlərinin yeri dəyişdirilmiş, kuçənin mərkəzinə və kənarlarina bardur çəkilib, işıq dirəkləri quraşdırılmiş, yeni asfalt örtüyü çəkilmişdir. Hüseyn Seyidzadə küçəsinin Mir Cəlal küçəsindən 4 mkr. dairəsindək olan hissəsi yenidən təmir olunub. Burada bardürlər təzələnmiş, yeni asfalt örtüyü çəkilib.
Nəsimi rayon İcra Hakimiyyəti tərəfindən daha bir “Abad həyət” 4-cü mikrorayon Asif Məhərrəmov küçəsi 68 və Mir Cəlal küçəsi 10 saylı binaların əhatə etdiyi məhəllədə sakinlərin ixtiyarına verilib. Bu ünvanda doqquz mərtəbəli, 8 bloklu, 138 mənzilli A.Məhərrəmov küçəsi 68 saylı evin və beşmərtəbəli 12 bloklu 180 mənzilli Mir Cəlal küçəsi 10 saylı evin fasadları, dam örtükləri və zirzəmiləri əsaslı təmir edilib, hər iki binanın blok girişləri, blok qapıları və pəncərələri yenilənib. Məhəllədə yaşıllaşdırma işləri aparılmış və həyətə həmişəyaşıl ağaclar əkilib.

Azərbaycan xalqının Ümummilli Lideri, Ulu Öndər Heydər Əliyevin anadan olmasının 95 illiyi ərəfəsində rayonun müxtəlif ərazilərində, mövcud parklarda və yaşıllıq zolaqlarında gül əkmə kompaniyası keçirilmişdir. Nəsimi rayon İcra Hakimiyyəti Başçısı Aparatının kollektivi, idarə və müəssisələrin nümayəndələri tərəfindən rayonun küçələrində, mikrorayonlar ərazisində, 4-cü mikrorayon ərazisində yerləşən Mir Cəlal parkında, Asif Məhərrəmov küçəsindəki parkda və digər mövcud park və bağlarda, yaşıllıq zolaqlarında 30000-dən artıq gül kolu əkilib.

Yığıncaqda çıxış edən Nəsimi rayon İcra Hakimiyyətinin Başçısı Asif Əsgərov bildirib ki, Prezident İlham Əliyevin həyata keçirdiyi yeni inkişaf konsepsiyasında ölkə paytaxtının və regionların sosial-iqtisadi inkişafı, şəhər və rayonların abadlaşdırılması, yeni infrastruktur layihələrinin davamlı olaraq icra edilməsi əsas istiqamətlər kimi qarşıya qoyulub.
Bakı şəhərində müasir infrastrukturun yaradılması sahəsində aparılan çoxşaxəli işlər, hərtərəfli bərpa və yenidənqurma, yeni, müasir tikililər, gözoxşayan parklar və xiyabanlar, şəhərimizin arxitektura simasının günü-gündən gözəlləşməsi və müasirləşməsi burada yaşayan əhalinin mədəni-mənəvi həyat səviyyəsinin yüksəldilməsinə göstərilən diqqət və qayğının bariz nümunəsidir. Məhz bu nəhəng quruculuq işlərinin nəticəsidir ki, müasir Bakı bu gün dünyanın ən gözəl şəhərlərindən birinə çevirilib. 2018-ci ildə Nəsimi rayonunda görülən işlər və həyata keçirilmiş sosial yönümlü layihələr barədə geniş məlumat verib, qeyd edib ki, ölkə başçısının tapşırıqlarına əsasən rayon ərazisində aparılan abadlıq quruculuq işləri davam edəcək.
Natiq çıxışına davam edərək bildirib ki, Ölkə başçısının müvafiq tapşırığına uyğun olaraq 2018-ci il fevral ayının 15-dən respublikamızın bütün bölgələrində olduğu kimi Nəsimi rayon İcra Hakimiyyəti Başçısının 1 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi ərazisində yerləşən 20 saylı poliklinikada da əhalinin tibbi müayinədən keçirilməsi həyata keçrilib.

Uşaqların yay tətilinin səmərəli keçirilməsi məqsədilə Nəsimi rayon İcra Hakimiyyəti tərəfindən Respublikamızın gözəl guşələrindən olan Quba və Şəki şəhərlərində rayonumuzun ərazisində yerləşən orta ümumtəhsil məktəblərindən 200-dən çox şagirdin istirahəti təşkil olunub. Eləcə də "Ölkəmizi tanıyaq" layihəsi çərçivəsində Nəsimi rayon məktəbliləri respublikamızın bir sıra rayonlarına səfər etmişlər. Bununla yanaşı Nəsimi rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə 100 nəfər rayon məktəblilərinin Heydər Əliyev Fondunun Layihəsi olan Zirə Mədənyyət Mərkəzi və Eko Parka ekskursiyası təşkil olunub.

Hesabat ilində İDEA ictimai birliyinin təsisçisi və rəhbəri Leyla xanım Əliyevanın təşəbbüsü ilə ərazidə H.Seyidzadə küçəsi 1,3, 7 saylı binaların həyətində, Alı Mustafayev küçəsi 11,17, 17A saylı binaların həyətində "Bizim Həyət" layihəsi çərçivəsində abadlıq işləri görülüb.
H.Seyidzadə küçəsi 1.3,7 saylı binaların fasadları, dam örtükləri və zirzəmiləri təmir edilib, hər üç binanın blok girişləri, blok qapıları və pəncərələri yenilənib. Məhəllədə yaşıllaşdırma işləri aparılmış və 30-dən artıq həmişəyaşıl ağaclar əkilmişdir. Sakinlərin asudə vaxtlarını səmərəli keçirməsi üçün 3 ədəd söhbətgah və 20 ədəd oturacaq quraşdırılıb. Uşaqların əyləncələri üçün müxtəlif oyun elementləri idman meydançası və həvəskarlar üçün asfalt üzərində böyük ölçülü şahmat lövhəsi yaradılıb. Həyətə 9 min kv.m. ərazidə asfalt örtüyü çəkilmiş, 500 metr bardür düzülüb, 7 ədəd təhlükəsizlik kameraları quraşdırılıb.

Hesabat yığıncağında 1-ci mikrorayon sakini, təqaüdçü Quliyev Əsabəli, Qarabağ müharibəsi veteranları, əlilləri və şəhid ailələri ictimi birliyinin Nəsimi rayon şöbəsinin sədri Azər Quliyev və başqaları çıxış edərək respublikada, o cümlədən Nəsimi rayonunda aparılan quruculuq işlərinin, həyata keçirilən böyük sosial və infrastruktur layihələrin, aparılan islahatların xalqın rifahının yüksəldilməsinə yönəldiyini bildirərək görülən işlərə görə Prezident İlham Əliyevə və Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya öz dərin minnətdarlıqlarını bildiriblər. Yığıncağın sonunda sakinləri maraqlandıran suallar cavablandırılıb.

Azad



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
18.03.2019
17.03.2019