Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Həftənin “Lenin davamçısı” - HƏFTƏ REYTİNQ
Tarix: 11.01.2019 | Saat: 19:15:00
Bölmə:Həftə-Reytinq | çapa göndər

Sərdar Cəlaloğlu AXCP sədri Əli Kərimli haqqında suala belə cavab verdi: “Əli Kərimli keçən dəfə deyir ki, kim İlham Əliyevin adını çəkmirsə, müxalifət deyil. Qandi isə yazır ki, ad çəkmək yox, ictimai bəlaların üstünə getmək lazımdır. Mən Qandi ideyalarının daşıyıcısıyam, ad çəkmək yox, prosesin üstünə getməyin tərəfdarıyam. Amma Əli Kərimli özünü Leninin davamçısı kimi aparır. Necə ki, Lenin məmurları söyməklə məşğul idi, adlar çəkirdi. İndi biz bunu Əli Kərimlidə görürük. Qandi yazır ki, siyasi hadisələri şəxsiləşdirmək yol deyil...”.

 

Həftənin “şair prezidenti”

 

Türkmənistan Prezidenti Qurbanqulu Berdımuhəmmədov 2019-cu il yanvarın 1-də anadan olan at balasının şərəfinə “Rovaç” ("Çiçəklənən") şeirini yazdı. Bu məlumatı Türkmənistanın “Neytral Türkmənistan” rusdilli qəzeti yayıb. Şeir qəzetin ilk səhifəsində yayımlanıb. At balası türkmən liderə Daxili İşlər Nazirliyinin şəxsi heyəti tərəfindən verilib. Türkmən lider at balasına “Rovaç” adı verib . Belə bir adın verilməsinə səbəb isə cari ilin devizinin “Türkmənistan – çiçəklənən Vətən” olması olub.


Həftənin “uşaq dayəsi”


Rusiya Prezidenti Vladimir Putin onunla şəkil çəkdirə bilmədiyinə görə ağlayan uşağı sakitləşdirmək üçün maşından düşdü. Avtomobildən enən prezident uşağı qucaqlayaraq “Sən niyə ağlayırsan?” – soruşub. Uşağı müşayiət edən qadın onların birlikdə şəklini çəkib və dövlət başçısına bu jestinə görə dəfələrlə minnətdarlıq edib.


Həftənin “prezident iddialısı”


“Onda mən də elan edirəm: ABŞ prezidentiyəm”. Deputat Siyavuş Novruzov bu cümləni blogger Mehman Hüseynovun həbsdə saxlanılması barədə danışarkən işlətdi: “Mehman Hüseynov deyir, mən bloggerəm, jurnalistəm. Bunu hamı deyir. Birini işdən çıxarırlar, səhər deyir, mən hüquq müdafiəçisiyəm. Onda mən də elan edirəm: “ABŞ prezidentiyəm”. Olur belə bir şey? Bu, bir sənədlə müəyyənləşməlidir də. Nə oldu, dünən prokurorluqda işləyirdin, bu gün oldun hüquq müdafiəçisi? Hava dəydi, yağış yağdı, oldun hüquq müdafiəçisi?..”.


Həftənin “həmsədrşünası”


“ATƏT-in amerikalı həmsədrini buradan qovmaq lazımdır...”. Bunu jurnalistin sualına cavab verən deputat Aqil Abbas dedi. Yazıçı yanvarın 6-dan mənzil-qərargahı ABŞ-da, habelə Lüksemburqda yerləşən “İntelsat 33" peykinin Dağlıq Qarabağdakı qondarma rejimin “Artsax TV” adlı telekanalını yayımlaması barədə belə deyib: “Bu məsələnin qarşısının alınması yollarını hüquqşünaslar daha yaxşı bilər. Ancaq Azərbaycana sülənməyə gələn, yeyib-içib gedən ATƏT-in amerikalı həmsədrini buradan qovmaq lazımdır. Ona demək lazımdır ki, get peyk yayımını dayandır, gələrsən...”.


Həftənin “konfetpaylayan prezidenti”


Şimali Koreya məktəbliləri bu ilin yanvarın 8-də, yəni Kim Çen Inın ad günündə konfet payı aldılar. Hədiyyə paketinə marmelad, vafli, saqqız, karamellər daxil edilib. Bir paketin çəkisi 1 kiloqram olub. Siyasi müşahidəçilər Şimali Koreyanın indiki diktatorunun atasına və babasına nisbətən daha insaflı davrandığını bildirir. Ölkə təqvimində yanvar ayının 8-i milli bayram kimi qeyd olunmayıb. Nə KXDR-in milli teleqraf agentliyi, nə də yerli televiziya və radiosu “respublika”nın Dövlət Şurasının sədrinin adı günü barədə hər hansı söz demirlər. Lakin Şimali Koreyadakı hakim ailənin əvvəlki iki nümayəndəsi bu mənada əsl şərq hökmdarları kimi davranıblar. Onların ad günləri ölkənin əsas bayramı sayılıb və təntənəli tədbirlərlə müşayiət olunub.


Həftənin “cəlladşünas prezidenti”


Argentina Prezidenti Maurisio Makri Nikolas Maduronun ikinci müddətə Venesuela rəhbəri vəzifələrinin icrasına başlamasını şərh edərkən, onu “özünü qurban verən cəllad” adlandırdı. M.Makri "Twitter"də yazıb: "Özündan qurban düzəldən cəllad. Maduro bu gün demokratiyanı ələ salmağa çalışacaq. Ölkə xalqı bunu bilir, dünya da. Venesuela diktatura altında yaşayır".



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
23.04.2019
22.04.2019