Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Beynəlxalq Frankofoniya Təşkilatının yeni baş katibi seçilib
Tarix: 11.01.2019 | Saat: 17:17:00
Bölmə:Sosial | çapa göndər

Yanvarın 3-də Ruanda Xarici İşlər Nazirliyinin və Beynəlxalq əməkdaşlığın keçmiş rəhbəri Luiz Muşikavabo, Beynəlxalq Frankofoniya Təşkilatının (BFT) Baş katibi vəzifəsinə 4 il müddətinə təyin edilib.

Fransanın ölkəmizdəki səfirliyindən Hafta.az-a verilən məlumata görə, yeni katibin təyin olunması fransızdilli ölkələrin Parisdə yerləşən beynəlxalq təşkilatının qərargahında baş tutub.

"BFT-nin komandası ilə görüşü çox səbirsizliklə gözləyirdim. Əminəm ki, biz Frankofoniya dövlət başçılarının prioritetlərinə effektiv şəkildə cavab vermək üçün həmrəylik və daimi dialoq ruhunda çalışmağa davam edəcəyik ", - xanım Muşikivabo öz çıxışında bildirib.

Qeyd edək ki, Luiz Muşikivabo dünyanın fransız dilli ölkələrinin beynəlxalq əməkdaşlıq üzrə təşkilatının Baş katibi vəzifəsini tutan dördüncü şəxsdir. Onun sələfləri müxtəlif illərdə Mikaella Jan (2015-2018), Abdu Diuf (2003-2014) və Butros Butros-Gali (1998-2002) olublar.

BFT 88 dövləti və hökuməti birləşdirir. Bunlardan 54 ölkə, 7 assosiativ üzv və 27 müşahidəçi ölkədir.

"Frankofoniya" yalnız beş qitədə yaşayan, 300 milyon insanı bir araya gətirən bir anlayış deyil. XX-ci əsrin ilk onilliklərində fransız dilli insanların sayının artması ilə əlaqədar ümumi bir dil məkanının mövcudluğunun dərk edilməsi yaranıb. O vaxtdan bəri frankofonlar müxtəlif qruplarda cəmləşməyə başladılar. Bunlar fransız dilində yazan müəlliflər, alimlər, jurnalistlər, hüquqşünaslar, sahibkarlar, QHT nümayəndələri və əlbəttə ki, müəllimlərin peşəkar icmalarıdır. BFT-yə qoşulmaq üçün əsas meyar müəyyən bir ölkənin əhalisinin fransız dilində danışması deyil, Fransa ilə əlverişli bağların qurulmasıdır. Bunlar qarşılıqlı mədəni mübadilə, insan hüquqlarına hörmət prinsiplərinə riayət və gender bərabərliyinə kömək edən əlaqələrdir.



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
24.06.2019
23.06.2019