Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Bakıda falçılar ev sahibini hipnoz edib pulunu oğurladı - GÜNÜN TƏZADLARI
Tarix: 11.01.2019 | Saat: 19:35:00
Bölmə:Günün təzadları | çapa göndər

Paytaxtda dilənmək, yaxud fala baxmaq adı ilə girdikləri evdə ailə üzvlərini hipnoz vəziyyətinə salıb onlara qarşı soyğunçuluq edən şəxslər peyda oldu. Hafta.az-ın yazdığına görə, Xezerxeber.az xəbər verir ki, son günlər bu cür cinayətlərə, xüsusən də paytaxtda tez-tez rast gəlinir. Belə bir cinayətə məruz qalan şəxslərdən biri paytaxtın Xətai rayonu, Naximov küçəsində yaşayan Ruhəngiz Əhmədzadədir. Onun sözlərinə görə, bir neçə gün əvvəl iki qadın dilənmək adı ilə evinin qapısını döyüb. R.Əhmədzadə onlara müəyyən məbləğdə pul verərək kömək edib. Söhbət əsnasında onlar qadına həm də falçı olduqlarını və yaxın vaxtlarda həmin evdə xoşagəlməz hadisə baş verəcəyini deyərək mənzilə daxil olublar. Həmin vaxt fırıldaqçı qadınlar ev sahibinə qapını içəridən bağlamağı da tapşırıblar ki, onlara heç kim mane olmasın. Ruhəngiz Əhmədzadəni hipnoz etdikdən sonra deyiblər ki, onun qızıllarını ziyarətgaha aparıb, təxminən, 1,5 saatdan sonra özünə qaytaracaqlar. Zərərçəkmiş deyir ki, qadınlar getdikdən yarım saat sonra hipnozdan ayılıb və təxminən, 4,3 min manat məbləğində ziyana düşdüyünü görüb. İlk olaraq o, bu barədə ailə üzvlərinə, daha sonra polisə də məlumat verib. Xətai Rayon Polis İdarəsindən bildirilib ki, hadisə ilə bağlı əməliyyat-axtarış tədbirləri keçirilir.


Azərbaycanlı nənə nəvələrini oğurladı


Azərbaycanlı qadın Rusiyada nəvələrini qaçırdı. Hafta.az-ın Musavat.com-a istinadla yaydığı xəbərdə belə deyilir. Rusiyada Yamalo-Nenetski Muxtar Vilayətinin sakini olan qadın Omsk vilayətinin polis idarəsinə müraciət edərək bildirib ki, keçmiş qayınanası onun iki övladını oğurlayıb. Məlumatı öz mənbəyinə istinadən Rusiyanın Federal Xəbər Agentliyi yayıb. Bildirilir ki, 1962-ci il təvəllüdlü azərbaycanlı qadın Omsk vilayətində həbsdə olan oğluna baş çəkməyə hazırlaşıb. Bunun üçün o, 2011 və 2013-cü il təvəllüdlü olan iki nəvəsini götürərək yanvarın 5-də qatara minib. Yanvarın 6-dan isə onlardan heç bir xəbər alınmayıb. Sonuncu dəfə qadını nəvələri ilə birlikdə yanvarın 9-da Dağıstanın Qızılyurd şəhərində görüblər. Faktla bağlı araşdırmalara başlanılıb.


Şəkidə kişi sükan arxasında dünyasını dəyişdi


Şəki rayonunda 63 yaşlı kişi sükan arxasında vəfat etdi. Hafta.az yazır ki, “Report”un Şəki-Zaqatala bürosunun məlumatına görə, cümə günü günorta saatlarında Şəki şəhər sakini, 1956-cı il təvəllüdlü Məmməd Ramiz oğlu Hacıbabayev özünə məxsus minik avtomobili ilə şəhərin S.Rəhman küçəsində hərəkətdə olarkən qəfildən halı pisləşib. İdarəetmədən çıxan avtomobil yol kənarındakı dəmir qapıya dəyərək dayanıb. Hadisə yerinə gələn Təcili Yardım Xidmətinin həkimləri tərəfindən M.Hacıbabayevin öldüyü müəyyən olunub. Onun ürək tutmasından keçindiyi bildirilir.Faktla bağlı araşdırma aparılır.


Oğuzda odun üstündə kütləvi dava düşdü


Oğuz rayonunda odun üstündə kütləvi dava zamanı biri ağır olmaqla, iki nəfər xəsarət aldı. Hafta.az xəbər verir ki, bu haqda “ARB TV” reportaj yayıb. Oğuz Rayon Mərkəzi Xəstəxanasına rayonun Calut-1 kənd sakini, 31 yaşlı Zamin Quliyev və Calut kənd sakini, 26 yaşlı Sərvər Xamdiyev bədən xəsarətləri ilə daxil olublar. Müayinə zamanı Z.Quliyevə əlin üçüncü barmağının kəsiyi diaqnozu qoyulub və o, xəstəxanaya yerləşdirilib. Qapalı kəllə-beyin travması alan 26 yaşlı S.Xamdiyev isə Şəki Rayon Mərkəzi Xəstəxanasına göndərilib. Onlar aralarında yaranan mübahisə zamanı bir-birilərinə xəsarət yetiriblər. Davanın daha iki iştirakçısının da polis tərəfindən saxlanıldığı bildirilir. Faktla bağlı araşdırmalara başlanılıb.

 

Qoca timsahın izdihamlı dəfn mərasimi keçirildi

 

Hindistanda 130 yaşlı timsahın dəfn mərasimi keçirildi. Hafta.az-ın yazdığına görə, Oxu.az “Hindustan Times” nəşrinə istinadla xəbər verir ki, dəfn mərasimində 500 nəfər iştirak edib. Uzunluğu üç metr olan “Qanqaram” adlı timsah kənd yaxınlığındakı göldə yaşayıb. Timsah heç vaxt insanlara hücum etməyib. Bu üzdən kənd sakinləri ehtiram əlaməti olaraq onun dəfn mərasimini təşkil etmək qərarına gəliblər. Bildirilir ki, timsaha göl yaxınlığında abidə qoyulması da planlaşdırılır.



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
27.06.2019
26.06.2019
Heydər Əliyev Fondu Qarabağ müharibəsi əlili üçün yeni ev tikib
Respublika Günü münasibətilə Azərbaycan Ordusunda silsilə tədbirlər keçirilib - FOTO
Peru Konqresi Respublika Günü münasibətilə Azərbaycan xalqını təbrik edib - FOTO
Gədəbəydə güclü leysan yağışları rayonun elektrik enerjisi infrastrukturuna ciddi ziyan vurub - “Azərişıq”
Dənizkənarı Milli Parkda azarkeş festivalına böyük sayda turist gəlib - FOTO
Dağlıq Qarabağ münaqişəsinin tez bir zamanda həlli üçün ciddi işlər görüləcək - Nazir
Respublika Günü və Azərbaycan diplomatik xidmət orqanlarının 100 illiyi Xorvatiyada qeyd olunub - FOTO
ABŞ səfirliyi Azərbaycan xalqını Respublika Günü münasibətilə təbrik edib
Magistraturaya qəbul imtahanının II mərhələsinin nəticələri elan olunub
BNA tamaşaçıların daşınması üçün əlavə avtobuslar ayırdı