Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
“Həbsdə olan adamın adından istifadə edərək bu cür pullar qazanmaq ən böyük əxlaqsızlıqdır” – Sona Əliyeva
Tarix: 12.01.2019 | Saat: 12:06:00
Bölmə:Siyasət | çapa göndər

“Mehman Hüseynov məsələsini gündəmə gətirənlərin bir marağı var. O da sapı özümüzdən olan baltaların Mehmanın adından istifadə edərək xaricdəki mənşəyi məlum olmayan dairələrdən əlavə qrant almalarıdır. Onları Mehman maraqlandırmır. Həmin insanların istəyi Mehman üzərindən qrantlar qazanmaqdır. İndi bunu Azərbaycanda hər kəs yaxşı başa düşür”.

Bunu hafta.az-açıqlamasında millət vəkili Sona Əliyeva deyib. Millət vəkilinin sözlərinə görə, Azərbaycana qarşı cəbhə açan belə şəbəkələri nə Mehmanın taleyi, nə də Azərbaycanın mənafeyi maraqlandırır. Tam əksinə, onlar hüquq və demokratiya müdafiəçiləri kimi görünməklə əslində Azərbaycana qarşı düşmənçilik edirlər: “Onun beynəlxalq nüfuzuna kölgə salmağa çalışırlar. Ölkəmizin dünya ictimai rəyində antidemokratik obrazını yaratmağa cəd edirlər. Nəticədə belə mərkəzlər üçün elə Mehman Hüseynov da bir azərbaycanlıdır və onun həbs edilməsi də elə həmin mərkəzlər üçün bir qənimətdir. Azərbaycan xalqı müdrik xalqdır. Bu cür hadisələr ilk dəfə deyil ki, baş verir. Mütəmadi olaraq təkrarlanır. Çünki anti-Azərbaycan qüvvələri günü-gündən qüdrətlənən ölkəmizin uğurlarını həzm edə bilmirlər. Bircə onu deyə bilərəm ki, Mehman Hüseynovun yəni, həbsdə olan adamın adından istifadə edərək bu cür pullar qazanmaq ən böyük əxlaqsızlıqdır. Təssüf ki, sapı özümüzdən olan baltaları bu maraqlandırmır. Onlar üçün maraqlı olan mənfəətdir. Hətta deyərdim ki, elələrini Mehmanın həyatı da maraqlandırmır”.

Xaricdəki həmin mənşəyi məlum olmayan dairələr buradakı insanları, cəmiyyətimizi, bu dövlətin taleyini bir qram da düşünmürlər. Bir qram da bununla bağlı məsuliyyət daşımaq istəmirlər: “Nəyin bahasına olursa, olsun bu ölkəni dağıtmaq barəsində düşünürlər. Onlar ancaq “ifadə azadlığı”ndan istifadə edib küfr yaymaqla məşğuldurlar. Mehmanın özü də bunu qəbul etmir. Onun üçün ən vacib məsələ azadlığa çıxmaqdır”.



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
19.06.2019
18.06.2019