Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Narkomaniyaya qarşı mübarizə qətiyyətlə davam etdirilir
Tarix: 12.01.2019 | Saat: 15:00:00
Bölmə:Hadisə | çapa göndər

Respublikanın daxili işlər orqanları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri qətiyyətlə davam etdirilir.

Hafta.az-a DİN-nin Mətbuat Xidmətindən verilən məlumata görə, bu istiqamətdə həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 11-də ümumi çəkisi 25 kiloqramdan artıq müxtəlif növ narkotik vasitə götürülərək dövriyyədən çıxarılıb.

Belə ki, Nərimanov RPİ 18-ci Polis Şöbəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbirləri nəticəsində saxlanılan Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Yadigar Novruzovdan 16,1 kiloqram marixuana götürülmüşdür.

Keçirilmiş əməliyyat tədbirləri ilə Abşeron RPİ-nin əməkdaşları Saray qəsəbə sakini, əvvəllər məhkum olunmuş Rəfayel Babayevin evindən 7 kiloqram 23,5 qram tiryək, Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş İlqar Əhmədovdan isə 1 kiloqram 15,2 qram həşiş, Beyləqan RPŞ-nin əməkdaşları rayon sakinləri Valeh Alışovdan 620 qram, Əlizamin Məmişovdan 405 qram marixuana, Hacıqabul RPŞ-nin əməkdaşları Qubalıbaloğlan kənd sakini İsmət ismayılovdan 1, 427 qram heroin və 480 qram marixuana götürüblər.

Saxlanılan şəxslər maddi sübutlarla birgə istintaqa təhvil veriliblər.

Qeyd olunan faktlarla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanılıb, zəruri istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir.



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
21.03.2019
20.03.2019
19.03.2019