Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Həftəsonu bəzi bölgələrdə hava yağıntılı olacaq
Tarix: 12.01.2019 | Saat: 17:45:00
Bölmə:Sosial | çapa göndər

Ölkə ərazisində yanvarın 13-nə gözlənilən hava proqnozu açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən hafta.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecəyə doğru yağış yağacağı ehtimalı var. Səhər və axşam bəzi yerlərdə zəif duman olacaq. Mülayim şimal-qərb küləyi əsəcək, gündüz mülayim cənub-qərb küləyi ilə əvəzlənəcək. Havanın temperaturu gecə 0-2°, gündüz 8-11° isti olacaq.

Naxçıvan Muxtar Respublikasında hava əsasən yağmursuz keçəcək. Lakin axşam bəzi yerlərdə havanın yağıntılı olacağı, qar yağacağı gözlənilir. Səhər zəif duman müşahidə ediləcək. Qərb küləyi əsəcək. Havanın temperaturunun gecə 5-10°, dağlıq ərazilərdə 12-15° şaxta, gündüz 4-9° isti olacağı proqnozlaşdırılır.

Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcərdə, həmçinin Daşkəsən-Gədəbəy rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin axşam bəzi yerlərdə havanın yağıntılı olacağı, qar yağacağı ehtimal edilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, gecə və səhər ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 0-5° şaxta, gündüz 4-8° isti olacağı bildirilir.

Gəncə şəhərində, Qazax, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin axşam bəzi yerlərdə havanın yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman müşahidə ediləcək. Qərb küləyi əsəcək, gecə və səhər ayrı-ayrı yerlərdə arabir sürətlənəcək. Havanın temperaturunun gecə 3° şaxtadan 2°-dək isti, gündüz 8-13° isti olacağı ehtimalı var.

Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin axşam bəzi yerlərdə havanın yağıntılı olacağı, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturunun gecə 3° şaxtadan 2°-dək isti, gündüz 7-12° isti, dağlarda gecə 5-10° şaxta, gündüz 3° şaxtadan 2°-dək isti olacağı ehtimal edilir.

Mərkəzi Aran: Mingəçevir və Şirvan şəhərlərində, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Hacıqabul, Salyan, Neftçala rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin axşam bəzi yerlərdə yağış yağacağı proqnozlaşdırılır. Səhər ayrı-ayrı yerlərdə duman müşahidə ediləcək. Qərb küləyi əsəcək, gecə və səhər ayrı-ayrı yerlərdə arabir sürətlənəcək. Havanın temperaturunun gecə 3° şaxtadan 2°-dək isti, gündüz 8-13° isti olacağı bildirilir.

Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin axşam bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Dağlarda duman olacaq, şimal-şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 0-3°, gündüz 9-12° isti, dağlarda gecə 0-3°, gündüz 5-9° isti olacağı gözlənilir.



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
27.06.2019
26.06.2019
Heydər Əliyev Fondu Qarabağ müharibəsi əlili üçün yeni ev tikib
Respublika Günü münasibətilə Azərbaycan Ordusunda silsilə tədbirlər keçirilib - FOTO
Peru Konqresi Respublika Günü münasibətilə Azərbaycan xalqını təbrik edib - FOTO
Gədəbəydə güclü leysan yağışları rayonun elektrik enerjisi infrastrukturuna ciddi ziyan vurub - “Azərişıq”
Dənizkənarı Milli Parkda azarkeş festivalına böyük sayda turist gəlib - FOTO
Dağlıq Qarabağ münaqişəsinin tez bir zamanda həlli üçün ciddi işlər görüləcək - Nazir
Respublika Günü və Azərbaycan diplomatik xidmət orqanlarının 100 illiyi Xorvatiyada qeyd olunub - FOTO
ABŞ səfirliyi Azərbaycan xalqını Respublika Günü münasibətilə təbrik edib
Magistraturaya qəbul imtahanının II mərhələsinin nəticələri elan olunub
BNA tamaşaçıların daşınması üçün əlavə avtobuslar ayırdı