Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Yanvarın əvvəlindən “Qazax” sərhəd dəstəsinin döyüş məntəqələri 81 dəfə atəşə tutulub - DSX
Tarix: 12.01.2019 | Saat: 18:39:00
Bölmə:Hadisə | çapa göndər

Qazax və Ağstafa rayonları ərazisində düşmənlə təmas xəttində xidməti-döyüş fəaliyyətini həyata keçirən sərhəd döyüş məntəqələri istiqamətində Ermənistan silahlı qüvvələri tərəfindən atəşkəs rejiminin pozulması halları davam etməkdədir.

Dövlət Sərhəd Xidmətinin (DSX) mətbuat mərkəzindən hafta.az-a bildiriblər ki, yanvarın əvvəlindən indiyədək DSX Sərhəd Qoşunlarının “Qazax” sərhəd dəstəsinin sərhəd döyüş məntəqələri Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən 81 dəfə atəşə tutulub.

Yanvarın 6-da saat 15:35 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələrindən Qazax rayonunun Kəmərli kəndi yaxınlığındakı sərhəd döyüş məntəqəsinə doğru 7,62 millimetr çaplı “SVD” snayper silahından açılmış atəş nəticəsində güllə dövlət sərhəd xəttindən 450 metr məsafədə mühəndis işləri aparan, mülki şəxs tərəfindən idarə olunan ekskavatorun çalovuna dəyib və kabinənin sağ şüşəsini sındırıb.

Hadisə nəticəsində xəsarət alan olmayıb.



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
26.03.2019
25.03.2019
24.03.2019