Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
“Hər an Dağlıq Qarabağda anti-terror əməliyyatlarına başlaya bilərik” - Şair Ramaldanov
Tarix: 14.01.2019 | Saat: 10:33:00
Bölmə:Siyasət | çapa göndər

“Müharibə davam edir. Hələ bitməyib. Sadəcə olaraq, aktiv fazaya keçməyib. Qarabağ məsələsi ilə bağlı cənab prezidentin mövqeyində heç bir dəyişiklik yoxdur. Ali baş komandan dəfələrlə səsləndirib ki, bu məsələ həll olunmasa, Azərbaycan hansı yolla olursa olsun, o cümlədən, güc yolu ilə torpaqlarını azad edəcək”.

Bunu hafta.az-a açıqlamasında Azərbaycan Ordusunun ehtiyatda olan polkovniki, hərbi ekspert Şair Ramaldanov deyib.

Ekspertin sözlərinə görə, sadəcə olaraq, ölkə başçısı beynəlxalq normalara hörmət əlaməti olaraq humanistlik göstərir. Minsk qrupu qarşısındakı atəşkəs öhdəliyinə riayət edərək münaqişənin sülh yolu ilə həlli imkanları axtarılır: “Biz müharibənin aktiv fazasına keçməyin bir addımında idik. Yəni, Paşinyan hakimiyyətə gəldiyi ilk vaxtlarda onun bəzi çıxışları bu prosesə aparırdı. Paşinyanın həmin çıxışları siyasi cəhətdən savadsız və populist bəyanatlar idi. Cənab prezidentin buna cavabı isə birmənalı oldu; yəni, Qarabağda gedən proseslərin məsuliyyəti Ermənistanın üzərindədir. Bu artıq son söz idi. Bundan sonra Paşinyan danışıqlara getməyə məcbur oldu. Baxmayaraq ki, Paşinyan güzəşt olmasa, danışıqlara getməyəcəyini deyirdi. Ancaq buna baxmayaraq, cənab prezidentin qətiyyətli mövqeyi onu danışıqlar masasına oturmağa məcbur elədi. Danışıqların bərpasından sonra Paşinyan cənab prezidentin ünvanına yumşaq çıxışlar etməyə başladı”.

Şair Ramaldanovun sözlərinə görə, proses davam edir. Düşənbə görüşündən sonra Nikol Paşinyan cənab Ali baş komandandan möhlət istəyib: “Bu məsələnin həlli ilə bağlı. Çünki bu münaqişə Ermənistanın daxili üçün də mürəkkəb bir məsələdir. Paşinyan da öz komandasını yığmalıdır. Ona görə ki, Paşinyan hələlik Ermənistanda söz sahibi deyil. “Qarabağ klanı” ölkədə müəyyən gücə malikdir. Paşinyan komandasını yığdıqdan sonra cənab prezidentə vəd verib ki, danışıqları davam etdirəcək. Əgər əvvəl gün ərzində atəşkəs 100 dəfədən çox pozulurdusa, indi 20-30 arasında dəyişir. Bu da həmin görüşün göstəricisidir”.

Ehtiyatda olan polkovnikin sözlərinə görə, biz Dağlıq Qarabağda anti-terror əməliyyatlarına və işğal olunmuş torpaqların azad edilməsinə hər an başlaya bilərik. Bunun üçün Azərbaycan Ordusu ən müasir silahlarla silahlandırılır: “Ali baş komandanın diqqəti burada xüsusi vurğulanmalıdır. Ordumuzun gücü gündən-günə daha da artır. Bunu biz yox, beynəlxalq qurumlar deyir. Biz dünyada 50 ən güclü ölkənin içərisində yer tapmışıq. Bunun üçün böyük işlər aparılır. Bu gün biz professional ordu quruculuğu ilə məşğuluq. Bütün mütəxəssislər artıq müqavilə ilə xidmət edən hərbçilərdir. Əvvəlki illərdəki çağırışçılar deyil. Bundan başqa, biz ən müasir silahlarla silahlanmışıq. 100 illiklə bağlı paradda bunu gördük. Azərbaycan Ordusu qısa zamanında öz torpaqlarını işğaldan azad etməyə qadirdir. Biz bundan sonra da silahlanmanı davam edəcəyik. Öz ordumuzu gücləndirəcəyik”.



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
25.04.2019
24.04.2019
23.04.2019