Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Şadlıq evlərindən çıxan tüstü ilə bağlı vəziyyət dəyişib - VİDEO
Tarix: 13.01.2019 | Saat: 19:21:00
Bölmə:Sosial Video | çapa göndər

Paytaxtda 350-dən çox şadlıq evində tüstünü zərərsizləşdirən müasir avadanlıqlar quraşdırılıb.

Şadlıq evlərinin yanında yaşayan vətəndaşlar artıq belə tüstülərdən azad olublar. Həmin avadanlıqlardan necə istifadə olunmasını yoxlamaq üçün Ekologiya və Təbii Sərvətlər Nazirliyi paytaxt ərazisində monitorinqlər aparıb.

Xezerxeber.az-ın məlumatına görə, şadlıq evlərinə müasir qurğuların qoyulmasından sonra ətrafa yayılan tüstü qatı azalıb. Bunu Bakının Nəsimi və Binəqədi rayonundakı şadlıq evlərində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin apardığı monitorinqlər zamanı ərazidə yaşayan sakinlər deyib.

Şadlıq evlərinin menecerləri yeni texnologiyaları bir neçə ay öncə gətirdiklərini və öncəki vaxtla müqayisədə havaya atılan tüstünün əhəmiyyətli dərəcədə azaldılmasına nail olduqlarını deyiblər.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Monitorinq Departamentinin direktoru Ramal Bağırov isə bildirib, ki yeni avadanlıqlar tüstüləri zərərsizləşdirir və sonra afmosferə buraxır.

Nazirlik rəsmisi monitorinq zamanı yoxlanılan şadlıq evlərində xaric olunan tüstünün normalar daxilində olduğunu açıqlayıb.



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
22.02.2019
21.02.2019