Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Marşrutsuz şəhər, 40 qəpiyə işləyən taksilər... - Lənkərandan reportaj - FOTO
Tarix: 14.01.2019 | Saat: 10:59:00
Bölmə:Reportaj | çapa göndər

Turistik zona kimi tanınan, bir tərəfdən dağlar, bir tərəfdən dənizlə birləşik olan Lənkəran şəhəri olduqca gözəldir. Subtropik iqlim qurşağına malik olan bu şəhər həm mətbəxi ilə, həm də sitrus bitkiləri ilə tanınır. Lənkəranın meşələrinə xas olan Dəmirağac, Lənkəran Akasiyası dünyaca məşhur bitkilərdir. Payızda müxtəlif çalarlarla adamı valeh edən bu Dəmirağac bitkisi başqa heç bir ölkədə bitmir.

Lənkəran şəhərinin mərkəzi çox da böyük olmasa da şəhərdə bir universitet, iki kollec fəaliyyət göstərir.

Lənkəran sakinləri özlərini iki yerə bölürlər: böyük bazarlılar, kiçik bazarlılar....

Qulliverin bazar səyahətləri

Bakıda, metro çıxacaqlarında “Lənkəran limonu”deyə qışqıranları az görməmisiz. Lakin Lənkəranda limon istəyən şəxslər buranın məşhur yeri - elə bazara üz tuturlar. Biz də o, məşhur limon satanları özümüz görmək istədik.

Başladıq bazarı gəzməyə. Hər addım başı bir qadın satıcının qarşısında qalaq-qalaq sitrus meyvələri yığılıb. Elə istəyirsən ötüb digərinə keçəsən, satıcı xanımın yerli şivədə çağırıb meyvələri tərifləməyə başlaması ilə qarşılaşırsan. Bu yerdə xatırlatmaq istərdim ki, Çox səmimi və qonaqpərvərdirlər. Əgər bir lənkəranlının qonağı olmusunuzsa heç vaxt onu unuda bilməyəcəksiniz

Yaxşı limonun olduğunu tərifləyən nənəyə yaxınlaşıb kefini, əhvalını soruşuram. Talış dilində danışır. Başa düşmədiyimi dediyimdə çevirib öz dilimizdə deyir. Məlum olur ki, talışca dediyi o sözlər bunlar imiş: “başına dönüm, bu limonlar bağımızdandır, öz əlimlə dərib gətirmişəm”
Hava soyuq olduğu üçün əlləri soyuqdan qızarıb, ayaqlarının üstünü örtüb. Palçıqlı yerin şaxtasını gözlərinin suyunda görmək olur. Deyə bilərəm ki, bu bazarda yağış yağan kimi, ətraf palçığa boyanır. Bazarın arxasında Lənkəranın kəndlərə gedən avtobusları dayanır. Maşınların hərəkəti həm sıxlıq yaradır, həm də palçıq...
Elə satıcı xalayla danışıb bazarda keçirtdiyi günlərin çətin və acımasız olduğunu dinlərkən bir səs eşidirəm: “Peşmək, Peşmək...”

Doğrusu “Peşmək” in nə olduğunu bilmirəm. Qırmızı şarlara oxşar bir şey... Yaxınlaşıram. Artıq peşməyin nə olduğunu anlayıram. Lakin özündən soruşmaq istəyirəm. Ki, görüm necə hazırlanır və bu peşməyin özəl tərəfi nədir?

Mən yaxınlaşanda alıcı olduğumu zənn edən bu bəy dərhal deyir ki, “50 qəpikdir, ancaq sənə 40 qəpiyə verərəm”. Üzünə gülüş qonur...

Jurnalisəm, maraqlı gəldi bu peşmək, - deyəndə daha da sevinir. Deyir bax bu bazardan yaz.

Avtobussuz şəhər...

Lənkəranda tələbələrin ən çox problem yaşadığı məsələ şəhərdə marşrutların az olmasıdır. Hətta bu olmağa olmamaq kimi da baxmaq olar; burada şəhərin içində bir avtobus işləyir. Ona görə də insanlar şəhərin bir tərəfindən digər tərəfinə yalnız piyadə gedirlər. Elə mən də bu bazara piyadə gəlib çıxmışam.


Əvvəl dediyim kimi bazarın arxasında Sovetdən qalan köhnə avtobuslar dayanır. Bu avtobuslar Lənkəranın kəndlərinə işləyir. Qışda bu avtobuslara minəndə içinə dolan su, palçıqdan, yayda da deşiklərdən içəri dolan tozdan bezənlər az deyil. Ancaq nə etməli bundan başqa alternativ seçim yoxdur.

Şəhərin daimi sakinləri - ağcaqanadlar...

Lənkəranda ilin bütün günü ağcaqaqanadlara rast gəlmək olar. Şəhərin hər yerində üstü acıq kanalizasiyaların olması onların daimi sakin olmalarına şərait yaratdır. Hətta bazarın özü kanalizasiyaların üstündə qurulub. Qış və payız aylarında yağışdan dolub daşan kanalizasiyaların suyu həyətlərə də dolur.

40 qəpiklik taksilər....

Bəli, şəhərin bu başından o başına bu qiymətə taksilərlə gedə bilərsiz. Şəhərin marşrut sisteminin olmaması səbəbi ilə belə taksilər mövcuddur. Hər addım başı saxlayıb bir müştəri götürüb səni istədiyin yerə gecikdirərək çatdırması elə marşrutu sənin yadından çıxarmır. Belə taksi şoferlərinin biri Həsən dayı da deyir ki, “Mən 2 manat müştəriyə qiymət oxusam kim minəcək ki... Evdə məni gözləyənlər var”.

Gözəllik salonları

Lənkəran şəhəri həddindən artıq rütubətli qadınların işini birə beş artırır. Belə ki, havada olan rütubət saçları pırtlaşıq edir, codlaşdırır. Ona görə də burada ipək kimi saçlar istəyən xanımlar bir az xərcə düşüb gözəllik salonlarına müraciət etməlidirlər. Belə təlabatın olduğuna görə, bu şəhərdə qadınlardan çox gözəllik salonları mövcuddur.

Xəzərin heçkimsiz sahili...

Bütün bunlardan bir az uzaq olub Xəzər dənizini də görməyə getdim. Xəzər dənizinin ən dərin çökəkliyi Lənkəran ərazisindədir - 1025 metr dərinlik... Deyilənə görə dənizin ən təmiz hissəsi də buradır. Ləpələnən dənizlə vidalaşıb geri dönürəm...

İnanıram ki, dənizin önünü tutan Sovetdən qalan betonları gözəl bir park əvəz edər. Bura gələn insanlar dənizin gözəl mənəzərəsini doya-doya seyr edərlər...

Ruzbeh Məmməd 

 

 



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
24.02.2019
23.02.2019
22.02.2019