Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
DİM vakant vəzifələr üzrə keçirələcək müsahibə mərhələsinə qeydiyyatı ləğv edib
Tarix: 15.01.2019 | Saat: 15:21:00
Bölmə:Sosial | çapa göndər

DİM-dən hafta.az-a verilən məlumata görə, “Azərsilah” Açıq Səhmdar Cəmiyyətinin yaradılması haqqında Azərbaycan Respublikası Prezidentinin 14 yanvar 2019-cu il tarixli Fərmanı ilə Müdafiə Sənayesi Nazirliyi ləğv edilib.

Bu səbəbdən Nazirlik tərəfindən 04 yanvar 2019-cu il tarixdə elan edilmiş ümumi müsahibəyə təqdim edilmiş vakant vəzifələrin müsahibələrində iştirak üçün qeydiyyat dayandırılıb. Həmin vəzifələr üzrə müraciət etmiş namizədlər müvafiq elan üzrə digər vakant vəzifələrə aid müsahibədə iştirak etmək üçün qeydiyyatdan keçə bilərlər.

Azərbaycan Respublikasında dövlət idarəçiliyinin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin 14 yanvar 2019-cu il tarixli digər Fərmanı ilə Dövlət Sirrinin Mühafizəsi üzrə İdarələrarası Komissiyanın Katibliyi də ləğv edilib. Bununla əlaqədar olaraq, Dövlət İmtahan Mərkəzi tərəfindən 27 noyabr 2018-ci il tarixdə elan edilmiş ümumi müsahibədə həmin Katiblikdə olan vakant vəzifələr üzrə qeydiyyatdan keçən namizədlərlə keçirilməsi planlaşdırılan müsahibələr ləğv edilib.

Ruzbeh Məmməd



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
24.02.2019
23.02.2019
22.02.2019