Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Badamdar Bələdiyyəsi sosial problemlərin həllinə çalışır
Tarix: 15.01.2019 | Saat: 18:30:00
Bölmə:Sosial | çapa göndər

Əvvəlki illərlə müqayisədə Azərbaycan çox inkişaf edib. Bu inkişaf hər addımbaşı hiss olunur. Badamdar Bələdiyyəsində də öz işlərinə məsuliyyətlə yanaşırlar. Badamdar Bəələdiyyəsinin sədri Həbib Əsədov “Həftə içi”nə müsahibəsində bildirdi ki, qanunvericilikdəki dəyişikliklər bütün sahələrdə məsuliyyətə və inkişafa xidmət etdiyi kimi, Bələdiyyə üzvləri və qulluqçularının məsuliyyətliliyi daha da artırılıb:

“Bu da hər bir vətəndaş kimi, bələdiyyə kollektivini atdıqları hər addıma diqqət etmələrini və məsuliyyətlərini dərk edərək qərar vermələrini diqqət mərkəzində saxlayır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə 2018-ci ilin yekunlarına həsr edilmiş Nazirlər Kabinetinin iclasında ölkə başçısının çıxışını biz, Badamdar qəsəbə sakinləri, ictimaiyyət nümayəndələri, bələdiyyə üzvləri diqqətlə izləmişik. Qəsəbə bələdiyyəsi kimi, biz 2018-ci ilin yekunlarına həsr edilmiş yığıncaqda keçən müddət ərzində inzibati ərazidə olan fiziki şəxslər tərəfindən torpaq zəbti hallarının aşkar edilməsi məqsədi ilə inventarizasiya işlərini aparmışıq. Etiraf edim ki, bu məsələ bizim üçün o qədər də asan deyil, lakin bütün çətinliklərə baxmayaraq, qəsəbə ərazisində davamlı olaraq inventarlaşdırma işləri aparılır, rastlaşdığımız qanun pozuntuları ilə bağlı aidiyyəti qurumlara və Səbail Rayon İcra Hakimiyyətinə məlumat veririk. Vurğulamaq istərdim ki, ərazidə inventarlaşdırma zamanı məlum olmuşdur ki, ayrı-ayrı şəxslərin həyətyanı sahəsində qanunla özəlləşdirib istifadə etdiyi torpaq sahəsindən əlavə sənədsiz torpaq sahələri aşkar edilmişdir. Belə torpaqların sənədsiz olması həmin istifadəçilərin vergi ödəməkdən də yayınmasına səbəb olur. Çox yaxşı olardı ki, belə torpaq sahələrinin sənədləşdirilməsi işləri aparılaydı. Bələdiyyə tərəfindən inzibati ərazidə torpaqlardan səmərəli istifadə ilə əlaqədar araşdırma aparılır. Bunun üçün biz yerli icra hakimiyyəti orqanı və əlaqəli təşkilatlarla birgə işləyirik və bundan sonra da işləyəcəyik”.

Bələdiyyə sədri söylədi ki, bu gün narahatlıq doğuran və aradan qaldırılmalı olan ən mühüm problem ərazi üzrə vergi ödəyicilərinin tam şəkildə vergiyə cəlb olunmamasıdır. Onun sözlərinə görə, bunun bir sıra səbəbi vardır: “Əvvəla, qəsəbə ərazisində mövcud olan torpaq sahəsi və tikililərin əksəriyyətinə mülkiyyət hüququnu təsdiq edən sənədlər verilməmiş, aidiyyəti sənədləri olanlardan isə bir hissəsinin Bələdiyyə Vergi Xidməti orqanı əməkdaşlarının tələb etməsinə baxmayaraq, mülkiyyətçilər tərəfindən Bələdiyyəyə təqdim olunmamasıdır. Əgər inzibati ərazidə vergi ödəyicilərindən vergi borcları tam və vaxtında toplanarsa, qəsəbə ərazisində sakinlərin istəkləri layiqli şəkildə icra oluna bilər. Təbii ki, Bələdiyyə kimi biz qəsəbə sakinləri ilə sıx əlaqə saxlayır, onların müraciətlərindəki məsələlərdən imkanımız çatanları həll edir, onlara maddi yardımlar ayırırıq. Lakin bu Bələdiyyə kimi bizi qane etmir. Söz veririk ki, fəaliyyətimizdə daha çevik olacaq, nöqsanları qısa vaxta aradan qaldıracağıq. Yeri gəlmişkən qeyd edim ki, hesabat dövründə Badamdar Bələdiyyəsinin 12 iclası keçirilib.
Daimi komissiyalar tərəfindən Bələdiyyə iclaslarının müzakirəsinə bir sıra məsələ çıxarılıb, hüquqi aktların qəbul olunması üçün rəy və təkliflər hazırlanıb. Bələdiyyə tərəfindən qəbul edilmiş müvafiq aktlar qanunauyğun olaraq, nəzarət qaydasında baxılması üçün Ədliyyə Nazirliyi Bələdiyyələrlə İş Mərkəzinə göndərilib.

12 ay ərzində Badamdar Bələdiyyəsinə 58 məktub və 47 ərizə daxil olub. Müxtəlif məsələlərlə bağlı bələdiyyə tərəfindən sosial-məişət, təsərrüfat quruculuğu ilə əlaqədar 130 vətəndaş qəbul edilib, onları maraqlandıran məsələlərə aydınlıq gətirilib, şikayətlərin həlli üçün tədbirlər görülüb. “Vətəndaşların müraciətlərinə baxılması qaydası haqqında “Azərbaycan Respublikası Qanununa müvafiq olaraq, daxil olan məktub, ərizə və şikayətlərin hər birinə vaxtında baxılmış, nəticəsi barədə onlara məlumat verilib. Badamdar Bələdiyyəsi də qəsəbədə görülən işlərdən kənarda qalmayıb, öz imkanları çərçivəsində bu işlərdə iştirak edib. Belə ki, adıçəkilən qəsəbənin A. Abbaczadə küçəsində yerləşən 19, 21, 23 və 25 saylı yaşayış binalarının həyətində “Abad Həyət” layihəsi həyata keçirilib və 30 min manat dəyərində abadlıq işləri görülüb”.
Həbib Əsədov il ərzində Bələdiyyə tərəfindən 144 nəfərə maddi yardımın göstərildiyini vurğuladı. Qeyd etdi ki, Yeni il ərəfəsində Badamdar qəsəbəsində yerləşən Heydər Əliyev adına parkda yolka quraşdırılıb, aztəminatlı ailələrin uşaqları üçün Bələdiyyə hesabına 100 ədəd yolka bileti alınıb: “Bayraq günü, Gül bayramı və Qurtuluş günü ərəfəsində Heydər Əliyev parkında güllər yenisi ilə əvəzlənib. Novruz Bayramında aztəminatlı ailələrə bayram payı paylanılıb. Müqəddəs Qurban Bayramı münasibətilə qəsəbə sakinlərindən olan imkansız, tənha, şəhid və digər ailələrə (pay) qurban əti verilib. Söz düşmüşkən deyim ki, cari ildə qəsəbəmizdə yerləşən 236, 239, 329 və Laçın rayon tam orta məktəbin yüksək bal toplayan aztəminatlı 7 şagirdinə pul mükafatı ayrılıb və Fəxri Fərmanla təltif olunublar”.

Müsahibim Bələdiyyə üzvlərinin rayonda keçirilən iməciliklərdə yaxından, fəal iştirak etdiyini dedi: “Ölkə başçısının tapşırığına əsasən əhaliyə ucuz kənd təsərrüfatı məhsullarının satışının təşkili məqsədi ilə Badamdar qəsəbəsində hər həftənin şənbə günü təşkil olunan açıq meyvə-tərəvəz yarmarkasının keçirilməsinin təşkilati işlərində, xüsusilə də bayramlar ərəfəsində təşkil olunan yarmarkaların fəaliyyət göstərməsində yaxından iştirak etmişik. Yarmarkanın bəzi hissələrində gündən, yağıntıdan qorunmaq üçün qurulmuş örtük yenilənib və təmir edilib. Bələdiyyə tərəfindən qanunvericilikdə müəyyən edilmiş qaydada büdcənin gəlirləri 2018-ci ildə 201012.22 manat təşkil edib. Onu da nəzərə çatdıraq ki, görülmüş işlərlə yanaşı, qəsəbədə hələ də öz həllini gözləyən bir sıra problemlər qalmaqdadır. Belə ki, qəsəbədə yeni xəstəxananın tikintisi yarımçıq qalıb, həmçinin qəsəbədaxili küçələrin işıqlandırılması və asfalt döşənməsinə, xüsusilə də 3-cü Yaşayış Massivində kommunikasiya xətlərinin qurulmasına ehtiyac vardır. Qəsəbədə su və kanalizasiya şəbəkəsinin yenilənməsindən sonra, küçələrə asfalt örtüyünün çəkilməsi prosesi çox ləng gedir və bəzi asfalt vurulmuş küçələrdə qış mövsümü başlayandan döşənmiş keyfiyyətsiz asfalt sıradan çıxmış və haqlı narazılıqlara səbəb olmuşdur.
Badamdar Bələdiyyəsi öz fəaliyyətində qanunvericiliyə əməl etməklə, sosial problemlərin həll edilməsi üçün bütün imkanlarından istifadə edəcək və qarşıdakı müddətdə işgüzarlığını saxlamaqla, əhali arasında çevik qurum kimi fəaliyyətini davam etdirmək əzmindədir.
Bələdiyyəmiz Müstəqil Azərbaycan Respublikasının yerli özünüidarə qurumunun gələcəyinə ümidlə baxır və bu inkişafda öz payı olacağına inanır”.



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
24.02.2019
23.02.2019
22.02.2019