Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Bəzi sayğaclara profilaktik baxış keçiriləcək
Tarix: 15.01.2019 | Saat: 21:39:00
Bölmə:Sosial | çapa göndər

Mənzil daxili qaz sayğaclarının işlək vəziyyətdə olması, sayğacların elektron hissəsinin, kart oxuyucularının, batareya səviyyəsinin, sayğaclarda olan proqram təminatının düzgün işləməsini yoxlamaq məqsədi ilə fevralın 1-dən başlayaraq "Azəriqaz" İstehsalat Birliyi tərəfindən həmin sayğaclara profilaktik baxış keçirilməsi nəzərdə tutulub.

Qurumdan hafta.az-a verilən məlumata görə, əksər yeni tikilən binalarda qaz sayğacları mənzillərin balkonunda quraşdırıldığından mənzillərə daxil olmaq və sayğaclara profilaktik yoxlama xidməti keçirmək zərurəti yaranır:

"Bəzi hallarda abonentlər mənzildə olmadıqda və ya nəzarətçinin mənzilə daxil olmasına şərait yaradılmadıqda sayğacların işçi vəziyyətinin yoxlanılması mümkün olmur, nəticədə gözlənilmədən sayğacda yaranan problem fərdi şəkildə qaz dayanmasına və abonentlərin şikayətinə səbəb ola bilər".

Birlik qaz istehlakçılardan “Azəriqaz” İB-nin işçisi olduğu haqda təsdiqedici vəsiqəsi olan mütəxəssislərimizin qaz sayğaclarına profilaktik xidmətin göstərməsi üçün şərait yaratmalarını xahiş edirik.



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
24.02.2019
23.02.2019
22.02.2019