Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Bakıda təmir işləri görən şəxs hündürlükdən yıxılıb
Tarix: 15.01.2019 | Saat: 23:18:00
Bölmə:Hadisə | çapa göndər

Bakının Səbail rayonunda 25 yaşlı şəxs təmir işləri zamanı hündürlükdən yıxılaraq köməksiz vəziyyətdə qalıb.

Hafta.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən məlumatına görə, Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri qeyd olunan ünvana cəlb olunub.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, binanın 2-ci mərtəbəsindən yıxılan 1994-cü il təvəllüdlü Əsgərov Seymur Ədalət oğlu iki bina arasındakı boşluğa düşüb və xəsarət alıb.

Mürəkkəb şəraitdə həyata keçirilən xilasetmə tədbirləri nəticəsində S.Əsgərovun binaların arasındakı boşluqdan çıxarılması mümkün olub. Xilas olunan şəxs hadisə yerinə çağırılmış Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının həkim briqadasına təhvil verilib. İlkin müayinə zamanı Seymur Əsgərovun huşsuz vəziyyətdə olduğu müəyyən olunub. Əməliyyat başa çatıb.



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
24.02.2019
23.02.2019
22.02.2019