Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Bakıda istehsal tarixi sabaha olan məhsul satışa çıxarıldı - GÜNÜN TƏZADLARI
Tarix: 15.01.2019 | Saat: 19:15:00
Bölmə:Günün təzadları | çapa göndər

Paytaxtın Zabrat qəsəbəsində marketə 12/01/2019-cu il tarixdə gələn müştərinin aldığı kəsmiyin qabının üzərində istehsal tarixinin 13/01/2019-cu il göstərildiyi bəlli oldu. Hafta.az xəbər verir ki, “ARB TV”nin "Günə doğru" proqramı mövzu ilə bağlı maraqlı süjet hazırlayıb. “Belə çıxır ki, sabah istehsal olunacaq kəsmik 1 gün əvvəldən marketlərdə satışa çıxarılıb. Məsələ ilə bağlı sözügedən kəsmiyin satıldığı paytaxtın Zabrat qəsəbəsindəki marketə getdik. Çəkiliş etməyimizə mane olan marketin administratoru buna görə məsuliyyətin onlarda yox, kəsmiyi istehsal edən şirkətdə olduğunu bildirdi.

İsa Əliyev, qida mühəndisi:
– Bunu isə 1-ci növbədə marketlər yoxlamalıdır. Necə ki, son istifadə tarixinə baxır. Eyni zamanda istehsal tarixinə də baxmalıdır. Bu necə ola bilər ki, məhsul marketə satışa bu gün çıxıb, amma istehsal tarixi sabaha yazılıb...
Kəsmiyin istehsal edildiyi müəssisənin rəhbərliyi ilə görüşə bilməsək də, telefonla əlaqə saxladıq. Bildirildi ki, burada texniki səhv olub. Bir qutuda 36 ədəd kəsmik olur ki, onlardan da 13 ədədində tarix səhv düşüb. Buna görə cavabdeh olan şəxs işdən çıxarılıb. Ekspertlər isə istənilən halda hər kəsi, xüsusən qida məhsulları alarkən, daha diqqətli olmağa çağırır.


Nizami Gəncəvinin məqbərəsindən oğurluğa cəhd edildi


Gəncədə polis əməkdaşlarının çevikliyi və operativliyi sayəsində oğurluğa cəhd edən şəxslər cinayət başında yaxalandı. Hafta.az yazır ki, DİN-in mətbuat xidmətindən musavat.com-a verilən məlumata görə, yanvarın 13-də saat 21 radələrində Gəncə şəhəri ərazisindəki Nizami məqbərəsinin ərazisindən artezian quyusunun metal boru hissəsini oğurlamağa cəhd göstərən 2 nəfər Gəncə Regional Mühafizə İdarəsinin əməkdaşları tərəfindən cinayət başında yaxalanıb. Kəpəz Rayon Polis İdarəsinə təhvil verilən həmin şəxslərin Gədəbəy rayon sakinləri Elyaz Abbasov və Elməddin Abbasov olduqları müəyyən edilib. Araşdırma aparılır.


Kişilərin səsini eşidə bulməyən qadın üzə çıxdı


Çində çox maraqlı bir hadisə yaşandı. Hafta.az Musavat.com-a istinadla xəbər verir ki, Çen adlı qadın bir gün kişilərin səsini eşitmədiyini başa düşüb. Həkimə baş çəkən qadın bunun nadir rast gəlinən bir xəstəlik olduğunu öyrənib. Həkim Lin Siaoqin “Onunla danışanda, məni eşidə bilirdi, lakin gənc bir kişi xəstə otağa girəndə, onu duya bilmirdi”, – deyib. Xəstəlik səbəbindən Çen aşağıtezlikli səsləri eşitməməyə başlayıb.
Bu xəstəliyə 13 min nəfərdən biri tutulur. Belə insanlar 2000 hersdən aşağıtezlikləri eşidə bilmirlər. Belə vəziyyət onlara təhlükə yaradır, çünki təkcə kişilərin deyil, səssiz çalışan avtomobilin yaxınlaşdığını da eşidə bilmirlər.


Sabirabadda burnu ilə balaban çalan tapıldı


Sabirabad rayonunda burnu ilə balaban ifa edən, sazı isə istənilən əşya ilə çala bilən adam üzə çıxdı. Hafta.az yazır ki, bu haqda “XəzərTV” reportaj yayımlayıb. Söhbət Yolçubəyli kənd sakini 46 yaşlı İlqar Eyvazovdan gedir. Musiqi təhsili olmasa da o, bir çox musiqi alətində ifa etməyi bacarır. Onun ən maraqlı tərəfi isə balabanı burnu ilə ifa etməsidir.
İlqar Eyvazov onda musiqiyə marağı babası, el aşığı olan Aşıq Qəribin oyatdığını deyir. 13 ildir musiqi ilə məşğul olan İlqar Eyvazov balabanla yanaşı, qarmon, nağara, saz, eləcə də nəlbəkidə ifa etməyi bacarır. Onun digər özünəməxsusluğu isə alışqan vasitəsilə simli alətlərdə musiqi çalmasıdır. İlqar Eyvazov öz ifaları ilə Sabirabad rayonu ilə yanaşı, qonşu rayonlarda da məşhurdur.


Rusiya futbol klubu donuz ətindən imtina etdi


Rusiyanın "Arsenal" (Tula) futbol klubunun oyunçularının İslamda haram və qadağan edilmiş donuz ətindən olan qidalardan istifadə etməyəcəkləri bəlli oldu. Hafta.az yerli mediaya istinadla xəbər verir ki, bunu "Arsenal" ın baş həkimi Aleksandr Rezepov "Çempionat" nəşrinə müsahibəsində bildirib. Komandada müsəlman oyunçular da var, amma futbolçuların hamısı bu qadağaya əməl edir. Rezepov həmin qadağanın dini səbəblərlə deyil, oyunçuların sağlamlığının qorunması məqsədi ilə icra edildiyini söyləyib. "Biz heç vaxt donuz əti sifariş etmirik və bu, yalnız dini baxışlarla bağlı deyil. Sadəcə, donuz əti çox yağlı bir məhsuldur və həzmi çətindir. Bu, idman qidası deyil. Mal ətində daha çox zülal və enerji var”, – deyə mütəxəssis izah edib.


İsmayıllıda altıayaqlı quzu doğuldu


Maraqlı hadisə İsmayıllı rayonunun Tircan kəndində baş verdi. Hafta.az-ın verdiyi xəbərə görə, bu haqda “ARB TV” reportaj yayımlayıb. “Kənddə maldarlıqla məşğul olan kənd sakini Əzim Həsrətov səhər saatlarında heyvanları örüşə aparmaq məqsədi ilə fermaya girib. Qarşılaşdığı mənzərə onu heyrətləndirb. Bir ana qoyun iki əkiz bala dünyaya gətirib. Bir bala digər baladan fərqli olaraq altıayaqlı dünyaya gəlib. Fermer ilk dəfədir ki, bu cür faktla rastlaşdığını deyir. Baytar həkimləri isə quzunun ayaqlarının amputasiya olunacağı təqdirdə, digər quzular kimi yaşamını normal davam etdirə biləcəyini deyir.



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
24.02.2019
23.02.2019
22.02.2019