Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Dəmir yolunda havaların kəskin dəyişkənliyi ilə bağlı qabaqlayıcı tədbirlər görülür
Tarix: 16.01.2019 | Saat: 11:36:00
Bölmə:Sosial | çapa göndər

 

Bu gün gecə saatlarından başlayaraq ölkə ərazisində hava şəraiti kəskin dəyişəcək. Temperatur 10 dərəcə aşağı düşəcək. Müvafiq qurumlar bununla bağlı artıq qabaqlayıcı tədbirlər görmaya başlayıb. 

Sərt hava şəraiti ilə əlaqədar olaraq, "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyəti (QSC) rəhbərliyinin göstərişinə əsasən, tədbirlər proqramı hazırlanıb.

QSC-dən hafta.az-a bildiriblər ki, departamentlərdə, stansiya, təşkilat və müəssisələrdə, bütün sutkanı əhatə etməklə, məhsul işçilərdən ibarət növbətçilik təşkil edilib. Eyni zamanda "Fövqəladə Hallar Qatarı" MMC-nin bölmələrində, İnfrastruktur Departamentinin yol, elektrik təchizatı, işarəvermə və rabitə təsərrüfatlarında texnikalar hazırlıq vəziyyətinə gətirilir, stansiyalarda uzunmüddətli dayanmış hərəkət tərkiblərinin özbaşına hərəkətə gəlməməsi üçün onlar etibarlı şəkildə bərkidilir.

Kəskin hava şəraitində sərnişinlərin və yüklərin mənzil başına təhlükəsiz şəraitdə çatdırılmasını təmin etmək məqsədilə, maşinistlərin daha sayıq olmaları üçün əlavə təlimlər keçirilib, müvafiq qaydada tapşırıqlar verilib.

Ruzbeh



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
24.02.2019
23.02.2019
22.02.2019