Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Struktur islahatları dövlət qurumlarının çevikliyini artıracaq - Millət vəkili
Tarix: 16.01.2019 | Saat: 11:48:00
Bölmə:Gündəm | çapa göndər

“Ölkə Prezidentin imzaladığı Azərbaycan Respublikasında dövlət idarəçiliyinin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında fərman mühüm əhəmiyyət kəsb edir. Çünki, bu gün Azərbaycan iqtisadiyyatı artıq özünün daha böyük bir inkişaf, eyni zamanda yeni mərhələsinə qədəm qoyub. İqtisadiyyatın bu yeni mərhələsi isə çeviklik, optimallaşma, effektivlik tələb edir”. Bunu hafta.az-a açıqlamasında millət vəkili Aydın Hüseynov bildirib.

Onun fikrincə, bu sənədin ən böyük əhəmiyyəti ilk növbədə biznes mühütinin yaxşılaşdırılması, qeyri-neft sektorunun daha da inkişaf etdirilməsi, rəqabətqabiliyyətli, ixracyönümlü məhsulların istehsal olunması, valyuta gətirən mənbələrin daha da təkminləşməsindən ibarətdir: “Bu kimi çağırışlar artıq yeni strukturlara yeni baxış tələb edir. Eyni zamanda atılan bütün addımlar vətəndaşların maraqlarına, onların sosial rifah halının daha da yüksəldilməsinı xidmət edir. Bu islahatlar dövlət qurumlarının çevikliyini və rəqabətqabiliyyətliliyini daha da artıracaq, bazar mühitini yaxşılaşdıracaq, ölkənin beynəlxalq imicinə müsbət təsir göstərəcək”.

Qeyd edək ki, yanvarın 14-də Prezident İlham Əliyevin müvafiq fərmanları ilə Azərbaycan Respublikasının Müdafiə Sənayesi Nazirliyinin əsasında “Azərsilah” Açıq Səhmdar Cəmiyyəti yaradılıb, Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi, Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu və Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzi ləğv edilib.

Bundan başqa, Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun və Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin fəaliyyətləri özünümaliyyələşdirmə prinsipi əsasında, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Sirrinin Mühafizəsi üzrə İdarələrarası Komissiyanın Katibliyi, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu, Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının İşçi Qrupu, habelə Tarif (qiymət) Şurasının Katibliyi isə ləğv edilərək onların fəaliyyəti ictimai əsaslarla həyata keçirilməklə yenidən təşkil ediləcək.

Həmçinin Kənd Təsərrüfatı Nazirliyi yanında olan Dövlət Fitosanitar Xidmətinin, Dövlət Baytarlıq Xidmətinin, Bitki Sortlarının Qeydiyyatı və Toxum Nəzarəti üzrə Dövlət Xidmətinin və Baş Dövlət Texniki Nəzarət Xidmətinin əsasında Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyi yaradılır.

Sevinc



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
24.02.2019
23.02.2019
22.02.2019