Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Ermənistanda sığorta agentləri və vergi ödəyiciləri etiraz edirlər
Tarix: 16.01.2019 | Saat: 16:46:00
Bölmə:Siyasət | çapa göndər

Ermənistanda sığorta agentləri və vergi ödəyiciləri etiraz edirlər.

Aksiya iştirakçıları hökumət binasının qarşısında toplaşıblar. Onlar yaxın zamanlarda icbari sığortanın dəyərinin bahalaşacağını bildirir və sığorta ödəmələrinin həcminin azlığından şikayət edirlər.
Vergi ödəyiciləri isə qeyd edirlər ki, hökumətə etibarları qalmayıb. Onlardan toplanan verginin əksəriyyəti korrupsiyaya qurşanmış rəsmilər və məmurlar tərəfindən mənimsənilir. Üstəlik vergi qanunları vergi ödəyicisi olan iş adamlarına eyni dərəcədə tətbiq olunmur. Etirazçılardan biri deyir ki, məsələ ilə bağlı Nikol Paşinyana 50-yə yaxın məktub yazıb, lakin onların heç birinə cavab ala bilməyib.
Narazı kütlə Ermənistan hakimiyyətinin bütün müəssisələr üçün vergi ilə bağlı eyni şərait yaradılması barədə dəfələrlə səsləndirdiyi vədə daha ciddi yanaşmadığını da bildirir. Bu problemin artıq ciddi xarakter aldığını qeyd edən aksiya iştirakçıları etirazları davam etdirməyə qərar veriblər.
“Ermənistanda inqilabdan sonra əmlakın yenidən bölüşdürülməsi baş tutmayıb və bu, kütləvi informasiya vasitələrinə də aiddir”. Bu sözləri isə Nikol Paşinyan deyib. O bildirib ki, ölkədəki media qurumları ya keçmiş hökumət nümayəndələrinə, ya da hazırkı hökumətə müxalif olanlara məxsusdur.
Paşinyan ona qarşı çıxan qüvvələri hədələməkdən də çəkinməyib. Onun sözlərinə görə, keçmiş hakim qüvvələr törətdikləri əməllərə görə cavab verəcəklər. Artıq Ermənistanın keçmiş müdafiə naziri Seyran Ohanyana qarşı ittiham irəli sürülüb. O, 2008-ci il martın 1-2-də ölkədəki konstitusiya quruluşunu devirməkdə və kütləvi iğtişaşlar törətməkdə günahlandırılır. Bu barədə Baş Prokurorluğun ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Harevik Xaçatryan bildirib.
Qeyd edib ki, Ohanyanı da Robert Koçaryan kimi həbs gözləyir. İşğalçı ölkə parlamenti isə növbəti iclasında yeni tərkibini formalaşdırıb. “Mənim addımım” blokundan Alen Simonyan və Lena Nazaryan, “Çiçəklənən Ermənistan” partiyasından Vaqe Enfiadcan Milli Şuranın vitse-spikerləri təyin olunublar.



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
24.02.2019
23.02.2019
22.02.2019