Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
İki gün dərs olmayacaq - ƏMR
Tarix: 16.01.2019 | Saat: 16:53:00
Bölmə:Sosial | çapa göndər

Təhsil naziri Ceyhun Bayramov Nazirlər Kabinetinin 2019-cu il 16 yanvar tarixli sərəncamının icrasını təmin etmək məqsədi ilə “Təhsil müəssisələrində təlim-tərbiyə prosesinin dayandırılması barədə” əmr imzalayıb.

Təhsil Nazirliyindən Hafta.az-a verilən məlumata görə, əmrə əsasən, hava şəraitinin kəskin pisləşəcəyi ilə əlaqədar olaraq 2019-cu il yanvarın 17-si və 18-i respublika ərazisində fəaliyyət göstərən bütün təhsil müəssisələrində təlim-tərbiyə prosesi dayandırılır. Bununla bağlı bütün tədbirlər təxirə salınır.

Təhsil nazirinin sektor müdiri Cəsarət Valehov bildirib ki, bütün təlim-tərbiyə işlərinin təxirə salındığı müəssisələrə bütün ümumtəhsil müəssisələri, ilk peşə təhsil müəssisələri daxildir. Eyni zamanda istər dövlət, istər özəl təhsil müəssisələri, istərsə də uşaq bağcaları da bu siyahıya daxildir:

"Məktəblərdə keçiriləcək tədbirlərə orta ixtisas, ali məktəblərdə istənilən növ tədris tədbirləri - dərs, imtahan, kollokvium və sair daxildir".

 



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
24.02.2019
23.02.2019
22.02.2019