Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Rusiya, Azərbaycan və İran yeni üçtərəfli sammit hazırlayır - Lavrov
Tarix: 16.01.2019 | Saat: 17:21:00
Bölmə:Siyasət | çapa göndər

Rusiya Azərbaycan və İranla yeni üçtərəfli sammitin hazırlanması ilə məşğuldur. Bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrov mətbuat konfransında deyib.

S.Lavrov qeyd edib: "Sizi əmin edirəm ki, Rusiya-İran-Azərbaycan sammiti baş tutacaq". Azərbaycanın da iştirakı ilə digər mümkün formatlara gəlincə, nazir vurğulayıb ki, bu barədə hələ danışıqlar aparılmayıb.

S.Lavrov bildirib ki, Azərbaycan və Rusiya arasında münasibətlər kifayət qədər dayanıqlıdır və irəliləyir: "Bizim iqtisadi qurumlarımız da sıx əməkdaşlıq edirlər. Ötən il Prezidentlər Vladimir Putin və İlham Əliyevin himayəsi ilə növbəti dəfə Bakı Beynəlxalq Humanitar Forumu keçirildi. Bir çox rəsmi tədbirlər keçirilib, həmçinin Rusiyada çox populyar olan "Jara" festivalı kimi tədbirlər bizi bağlayır". O deyib ki, bu baxımdan ötən ili olduqca müsbət qiymətləndirərdi.

Dağlıq Qarabağ münaqişəsi Yerevan və Bakının iradəsi ilə və ATƏT-in Minsk qrupu həmsədrlərinin timsalında beynəlxalq ictimaiyyətin dəstəyi ilə tamamilə həll oluna bilər. Sergey Lavrov 2018-ci ilin yekunlarına həsr olunmuş mətbuat konfransında deyib.
S.Lavrov bildirib: “Ötən il Ermənistanda rəhbərliyin dəyişdiyi il oldu. Ona görə də, Dağlıq Qarabağ nizamlanması ilə bağlı ATƏT Minsk qrupunun işinə verdiyimiz töhfə ilə əlaqədar onlar yalnız tanışlıq məqsədli görüşlərlə kifayətləndilər. Bu ay Ermənistan və Azərbaycan XİN rəhbərlərinin həmsədrlərlə növbəti görüşü planlaşdırılır. Fikrimcə, bu istiqamətdə də artıq köhnəlmiş xüsusiyyətləri alan, amma Yerevan və Bakının xoş məramlarının olduğu təqdirdə və həmsədrlər qismində beynəlxalq ictimaiyyətin dəstəyi ilə həll oluna biləcək münaqişənin nizamlanmasına kömək göstərə biləcəyik. Fikirləşirəm ki, həll yollarının axtarışına hazırlıqla bağlı səslənmiş bəyanatlar, o cümlədən Bakıdan verilmiş bəyanatlar hər cür dəstəyə layiqdir və ümid edirik ki, erməni dostlarımız buna qarşılıqlı cavab verəcək”.

Avropa Şurası Parlament Assambleyasında (AŞPA) Azərbaycana münasibətdə qərəzli fəaliyyət göstərməyə çalışırlar. Sergey Lavrov deyib.

S.Lavrov deyib: "Biz MDB, BMT, eləcə də ATƏT və Avropa Şurası strukturlarında yaxşı əməkdaşlıq etmişik. AŞ PA-da Azərbaycana münasibətdə də yetərincə qərəzli fəaliyyət göstərməyə və Azərbaycan parlamentarilərinin hüquqlarını sıxışdırmağa çalışırlar".

 



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
24.02.2019
23.02.2019
22.02.2019