Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
“Azərbaycanın üzərində bu kimi bənzər ssenarilər dəfələrlə oynanılıb” – Hikmət Babaoğlu
Tarix: 18.01.2019 | Saat: 13:25:00
Bölmə:Siyasət | çapa göndər

Yanvarın 17-də Avropa Parlamentinin (AP) Azərbaycanda insan hüquqlarının pozulması ilə bağlı vəziyyət və “Mehman Hüseynovun işi” ilə bağlı müzakirələr aparılıb. Müzakirələr zamanı Azərbaycanla bağlı heç bir əsası olmayan fikirlər səsləndirilib.

Rəsmi Bakı isə AP-də qəbul edilmiş qətnamə ilə razılaşmır. Bunu Azərbaycana qarşı növbəti qarayaxma kampaniyası və antiazərbaycan qüvvələrin ölkəmizin üzərinə atmağa çalışdığı ləkə kimi qiymətləndirir. Elə vətəndaş cəmiyyətinin nümayəndələri, ölkə ictimaiyyəti də bu fikirdədir.

Milli Məclisin deputatı Hikmət Babaoğlu hafta.az-a açıqlamasında deyib ki, Avropa Parlamentində Mehman Hüseynovla bağlı təcili qətnamə qəbul olunması ilə əlaqədar tədbirin keçirilməsi ilk növbədə onu göstərir ki, elə əvvəldən Mehman Hüseynov məsələsi ölkəmizə qarşı antiazərbaycançı mərkəzlər tərəfindən qurulmuş bir oyun, yazılmış bir siyasi ssenari idi: “Qısa bir zamanda bəlli oldu ki, Mehman Hüseynov aclıq aksiyası keçirməyib. Özü bunu təkzib etdi. Keçirdiyi aksiyanı dayandırdığını bildirdi. Hüquqlarının qorunduğunu, ona qarşı heç bir təzyiqin olmadığını ifadə etdi. Üstəlik, Azərbaycanda olan Avropa İttifaqına üzv ölkələrin diplomatik korpusların nümayəndəlikləri də orada oldular. Hadisəni təsdiq etdilər. Ancaq buna baxmayaraq, beynəlxalq Soros şəbəkəsi bu mövzudan əl çəkmək istəmir. Bunu Azərbaycana qarşı siyasi şantaj rıçaqına çevirməyə davam edir”.

Millət vəkili bildirib ki, əgər bu qətnamənin müəllifinin kimliyinə nəzər salsaq görəcəyik ki, burada birbaşa bütün post-sovet məkanında rəngli inqilabların müəllifi kimi tanınan Sorosun dəst-xətti aydın görünür. Rebekka Harms Sorosa yaxın olan şəxslərdən biridir: “Bir sıra hallarda o rəngli inqilablarına ilhamvericisi və dəstəkvericisi qismində çıxış edib. Eyni zamanda, Avronestdə daima bu cür məsələləri dəstəkləyib: “Analiz etsək görəcəyik ki, bu cür hipotez qrup struktural formada beynəlxalq təşkilatlara yerləşdirilmiş bu Soros şəbəkəsi milli dövlətlərə qarşı müxtəlif inqilab ssenariləri yazmaqla, sabitliyi pozmaq, beləliklə, həmin dövlətlərin intellektual və maddi resurslarını mənimsəmək niyyətindədir. Düşünürəm ki, qısa müddətdə davam edən bu ssenari istər beynəlxalq ictimaiyyət, istərsə də Azərbaycan ictimaiyyəti tərəfindən hadisələrin doğru, düzgün şəkildə dərk olunması üçün bir daha əsaslar yaratdı. Fikrimcə, Azərbaycan ictimai şüuru bu cür hadisələrə qarşı siyasi immunitetə malikdir”.

Hikmət Babaoğlu hesab edir ki, bu kimi bənzər ssenarilər dəfələrlə Azərbaycanın üzərində oynanılıb. Hamı bilir ki, bu cür ssenarilərin məqsədi xaos çıxarmaq, qarşıdurma yaratmaq, beləliklə, Qarabağ problemin həllini unutdurmaqdır: “Biz bilirik ki, Azərbaycan 2019-cu ildə problemin həlli ilə bağlı mühüm hədəflər müəyyənləşdirib. Bununla bağlı bir sıra yeni gözləntilər var. Məhz Azərbaycanın siyasi gündəmini dəyişdirib, bu məsələləri unutdurub demokratiya, insan hüquqları kimi süni məsələlərlə gündəm yaratmaq məqsədi ilə yazılmış bir ssenari həyata keçirilib. Ancaq Azərbaycan ictimaiyyəti nəyin doğru olduğunu daha dəqiq bilir. Öz milli məqsədlərinə çatmaq üçün öz prinsipial mövqeyini və hərəkətlərini davam etdirəcək”.



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
24.02.2019
23.02.2019
22.02.2019