Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Həftənin “rəqqas deputatı” - HƏFTƏ REYTİNQ
Tarix: 18.01.2019 | Saat: 18:30:00
Bölmə:Həftə-Reytinq | çapa göndər

Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri, deputat Hadı Rəcəblinin slavyan xanımla rəqs etməsini əks etdirən görüntülər ortaya çıxdı. İnternet saytlarında yayılmış videodan görünür ki, sözügedən görüntülər xarici ölkələrin birindəki restoranda çəkilib. Eyni məclisdə parlamentin keçmiş deputatı Asəf Hacıyev də iştirak edib.


Həftənin “kitabxanaşünası”


“Kitabxana məsələsi hər zaman məni düşündürür. Kəndlərdə kitabxana qalmayıb, hamısı bağlanıb. Kitablar da hara atılıb, bilinmir. Nə var ki, orada işləyənlərə 120 manat maaş verilirdi...”.
Bunu Milli Məclisin Mədəniyyət komitəsinin cümə axşamı keçirilən iclasında deputat Aqil Abbas söylədi. Parlament üzvü kitabxanalara diqqətsizliyə görə narahatlığını ifadə edib: “Elektron kitabxanaya kimdir gedən? Elə evdə internetdə oxuyar da... İnsan kitabı sinəsinin üstündə oxumaq istəyir. Dövlətin çap etdirdiyi kitablar kitabxanaya çatdırılır, amma özümüzün çap etdirdiyimiz kitablar kitabxanalarda olmur. Mən özüm rayona gedəndə kitablar alıb aparıram ki, bu kitablar da kitabxanada olsun, bəlkə kimsə oxumaq istəyir... Ad çəkmək istəmirəm, küsürlər, rayonların əksəriyyətində kitabxana yoxdur. Bu sahə canlandırılmalıdır...”.


Həftənin “təzəbəyi”


Rusiya dövlət başçısı Vladimir Putin ilə gimnast Alina Kabayevanın sevgi macərası yenidən gündəmə gəldi. Xarici media Rusiya Prezidentinin 12 ildir münasibətdə olduğu idmançı ilə evlənəcəyini iddia edir. Putinin müsahibələrinin birində evlənmək barədə düşündüyünü deməsi bu xəbərlərin yaranmasına səbəb olub. 66 yaşlı Putin (7 oktyabr, 1952) özündən 29 yaş kiçik Kabayeva (12 may 1983) ilə sevgi romanlarından hələ 2006-cı ildən danışılır. 2013-cü ildə Kabayeva idman karyerasına son qoyması münasibətilə dövlət başçısı onu mükafatlandırarkən cütlüyün isti münasibəti jurnalistlərin gözündən yayınmadı və bununla da şayiələrin təsdiqləndiyini yazdılar. Putinin 2014-cü ildə 31 illik həyat yoldaşı Lyudmiladan boşanmasına Kabayevanın səbəb olduğu iddia edilir. 2015-ci ildə İsveçrə mediası Rusiya Prezidentinin idmançı Kabayeva ilə ortaq övladlarının doğulduğunu yazmışdı. Onu da qeyd edək ki, hər iki tərəf bu xəbərləri dəfələrlə təkzib edib.


Həftənin “xəstə partiya lideri”


Müsavat Partiyasının başqanı Arif Hacılı Türkiyənın paytaxtı Ankara şəhərində ürəyindən əməliyyat edildi. Arif Hacılının ürəyinə bir neçə stend qoyulub. Partiya başqanı xəstəxanadan çıxıb. Bir neçə günlük müayinələrdən sonra A.Hacılının Bakıya dönəcəyi gözlənilir.


Həftənin “mimikasız məşhuru”


Müğənni Brilliant Dadaşova xarici görünüşü ilə gündəmə gəldi. Nura Surinin klip təqdimatına qatılan ifaçı üzündə etdirdiyi dəyişiklik ilə diqqət çəkib. Sənətçinin çətinliklə güldüyü, üz əzələlərindən istifadə edə bilməməsi gözdən qaçmayıb. O, çəkdirdiyi fotolarda da gülməməyə çalışıb. Sosial şəbəkələrdə ifaçının üzünə botoks etdirdiyi iddia olunub.


Həftənin “ən ləziz dünya yeməyi”


Gürcüstanın milli mətbəxinin yeməklərindən olan xaçapuri dünyanın ən dadlı yeməkləri siyahısında birinci yeri tutdu. “TasteAtlas” internet portalı “Dünyanın ləziz yeməkləri” interaktiv xəritəsini tərtib edib. Xəritə Xorvatiyada 30 nəfər təhqiqatçı-müəllif tərəfindən 2018-ci ildə tərtib olunub. “Dünyanın ləziz yeməkləri” xəritəsində dünya xalqlarının 10 min milli yemək növü göstərilib. Rəyi soruşulan min nəfərdən 800 nəfəri məhz xaçapurini ən ləziz yemək kimi qeyd edib. “Dünyanın ləziz yeməkləri” siyahısında ikinci yerə Balkanların “çevapçiçi” milli yeməyi, üçüncü yerə Ukrayna borşu, dördüncü yerə italyanların pastası, beşinci yerə isə yaponların “suşi”si layiq görülüb.


Həftənin “Qarabağlısı”


“Qarabağ"ın albaniyalı futbolçusu Ansi Aqolli ölkəsinin "RTSH Sport" telekanalına müsahibə verdi. 37 yaşlı müdafiəçi Ağdam klubundakı çıxışından və komandadakı gələcəyindən danışıb. O, “Qəlbinizdə "Qarabağ"ın çəkisi nə qədərdir?” sualını belə cavablandırıb: “Doqquz mövsümdür "Qarabağ"da oynayıram. Əvvəl burada uzun müddət qalacağımı düşünmürdüm. Ancaq düzgünlük, peşəkarlıq, həmçinin, azarkeşlərin kluba olan sevgisini nəzərə alsaq, bu illər mənim üçün çox tez və mükəmməl keçdi. Karyeramın 60 faizini "Qarabağ"da keçirdim. Yəni “bura mənim evimdir” deyə bilərəm...”.



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
23.03.2019
22.03.2019
21.03.2019