Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Paşinyan Azərbaycan dilində danışdı - GÜNÜN TƏZADLARI
Tarix: 18.01.2019 | Saat: 19:15:00
Bölmə:Günün təzadları | çapa göndər

Ermənistanın Baş naziri Nikol Paşinyan “Feysbuk” sosial şəbəkəsi vasitəsilə etdiyi ənənəvi canlı yayımların birində Azərbaycan dilində danışdı. Məlum olub ki, işğalçı ölkə başçısı 2 gün əvvəl işə gedərkən avtomobilində çəkdiyi video zamanı həbs olunan erməni general Manvel Qriqoryan və onun tərəfdarlarına xitabən “anormal, standart talançı, görməmiş” ifadələrini işlədib. Məlumat üçün qeyd edək ki, ermənilər danışıq dilində Azərbaycan sözlərindən geniş şəkildə istifadə edir. Eyni zamanda, erməni ədəbi dilində də türk mənşəli sözlər kifayət qədər çoxdur. Bəzi erməni dilçilərinin yazdığına görə, müasir erməni dilinin, təxminən, 40%-i türkmənşəlidir.


Deputat teledebata Çarli Çaplinin kostyumunda gəldi


Ukrayna Ali Radasının deputatı Aleksey Qonçarenko teledebata Çarli Çaplinin kostyumunda gəldi. Hafta.az yazır ki, bu haqda Oxu.az “Ren” TV-yə istinadla xəbər yayıb. Bununla deputat Ukraynanın hazırkı prezidenti Petro Poroşenkoya dəstək nümayiş etdirmək və hazırda yüksək reytinqə sahib olan prezidentliyə namizəd, yumor ustası və şoumen Vladimir Zelenskini ələ salmaq istəyib. “Bilirsiniz, Çaplin tarixdə öz izlərini buraxıb və o, heç vaxt öz bığlarını diktatorun bığlarına dəyişməzdi. Heç vaxt siyasətə getməzdi, çünki onu başqa cür çağırırdılar”, - Qonçarenko bildirib.
Bu, deputatın ilk maskaradı deyil: o, Skripalla bağlı hadisədən sonra ATƏT-in iclasına rezin əlcəklərlə gəlmişdi və bildirmişdi ki, ruslar onu zəhərləmək istəyir.


10 nəfər şaurmadan zəhərləndi


Ermənistanın Artaşat şəhərində 10 nəfər qida zəhərlənməsi ilə xəstəxanaya yerləşdirildi. Hafta.az yazır ki, “Trend”in erməni KİV-ə istinadla məlumatına görə, həmin şəxslər şaurma yedikdən sonra özlərini pis hiss edib. Onların şaurmanı eyni müəssisədən sifariş verdiyi məlum olub. Hadisədən sonra həmin müəssisədə araşdırmalar başlayıb, məhsullar laboratoriyaya göndərilib. Bundan başqa, orada dezinfeksiya aparılıb.


Britaniya şahzadəsi qəzaya düşdü


Britaniya kraliçası II Yelizavetanın həyat yoldaşı, 97 yaşlı Edinburq hersoqu şahzadə Filip İngiltərədə yol qəzasına düşdü. Hafta.az-ın Musavat.com-a istinadla verdiyi xəbərə görə, hadisə Sendiqrem kəndi yaxınlığında, Norfolk qraflığının qərbində baş verib. Məlumata görə, şahzadə Filip qəza zamanı xəsarət almayıb. Hadisə yerinə polis əməkdaşları cəlb edilib. II Yelizaveta hər il Milad ərəfəsində Sendiqremə gedir. Ailənin digər üzvləri də orada toplaşır. Monarx Milad bayramında yerli Müqəddəs Məryəm Maqdalina kilsəsinə baş çəkir. Daha əvvəl xəbər verilib ki, Britaniya kraliçasının həyat yoldaşı şahzadə Filip xəstəxanaya yerləşdirlib.


Prezidentə it hədiyyə edildi


Serbiya Prezidenti Aleksandr Vuçiç bu ölkəyə səfər edən Rusiyanın dövlət başçısı Vladimir Putinə dörd aylıq, "Paşa" ləqəbli Şar-Planin iti hədiyyə etdi. Hafta.az bu haqda "Report”a istinadla xəbər verir. Serbiya lideri vurğulayıb ki, bu, çox ağıllı və sədaqətli, amma inadkar xarakterli küçükdür. Bildirilir ki, Şar-Planin iti soyuğa dözümü, canavar və ayılara qarşı qorxmaz mübarizəsi ilə məşhurdur. Onun cinsi Şar-Planin dağlıq massivinin şərəfinə Şar-Planin iti adlandırılıb. Mətbuat vurğulayıb ki, küçüyün "çox ciddi nəsli" var.



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
24.02.2019
23.02.2019
22.02.2019