Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Ermənistanla Azərbaycan əhalini sülhə hazırlamaq haqda razılığa gəldi
Tarix: 19.01.2019 | Saat: 16:49:00
Bölmə:Siyasət | çapa göndər

Eurasianet.org, ABŞ
19.01.2019

Müəllif: Coşua Kuçera

Ermənistanla Azərbaycanın xarici işlər nazirləri bu günlərdə keçirdikləri görüşdə iki ölkə əhalisini sülhə hazırlamağa ehtiyacın olduğuna dair razılığa gəliblər. Bununla yanaşı, tərəflər iqtisadi əməkdaşlıq imkanlarını da müzakirə edib. Görüşdən sonra səsləndirlmiş nikbin bəyanat son aylarda bu iki ölkə arasında diplomatik gərginliyinin azaldığının növbəti təzahürüdür.

Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarovla erməni həmkarı Zöhrab Mnatsakanyan ATƏT-in Minks qrupu həmsədrlərinin iştirakı ilə yanvarın 16-da Parisdə bir araya gəliblər. Qeyd edək ki, ATƏT-in Minsk qrupu bu iki ölkə arasındakı danışıqlar prosesinə yardım göstərən beynəlxalq təşkilatdır.

Bu, Ermənistanda “məxməri inqilab” nəticəsində yeni hökumətin formalaşmasından sonra iki ölkənin xarici işləri nazirləri arasında keçirilən dördüncü görüşür.

Minsk qrupu həmsədrlərinin görüşünün nəticələrinə dair rəsmi bəyanatında qeyri-adi elementlər var. Bu, iki ölkə arasında sülh tərəfdarları olanları sevindirib. Tbilisidə fəaliyyət göstərən “Beynəlxalq böhran qrupu”nun analitiki Olesya Vartanyan “Twitter” sosial şəbəkəsindəki səhifəsində bunu “ATƏT-in Minsk qrupu həmsədrlərinin uzun müddətdən bəri ən müsbət bəyanatı” kimi qiymətləndirib.

Dağlıq Qarabağ münaqişəsi artıq illərdir ki, Ermənistan-Azərbaycan münasibətlərini “dalana dirəyib”. Bu münaqişə 1990-cı illərin əvvəllərində Ermənistanla Azərbaycan arasında miqyaslı müharibəyə belə, səbəb olmuşdu.

Beləliklə, uzun müddətdən sonra iki ölkənin xarici işlər nazirləri əhalinin sülhə hazırlanması ilə bağlı konkret addımların atılmasına ehtiyacın olduğu haqda razılığa gəliblər. Əgər bu, həqiqətən baş verərsə, kifayət qədər mühüm hadisə olacaq. Çünki son illərdə hər iki ölkədə ictimai rəy xeyli sərtləşib. Bu ab-hava isə tərəflərin mühüm güzəştləri nəzərdə tutacaq sülh razılaşmasını imzalanmasına əngəldir. Çünki bu, hər iki ölkənin əhalisi tərəfindən mənfi qarşılanacaq. Üstəlik, hökumətlər indiyədək bu problemin həlli ilə məşğul olmayıb. Nəhayət, son bəyanat bu istiqamətdə vəziyyətin dəyişəcəyinə ümid yaradıb.

ATƏT-in Minsk qrupunun həmsədləri regionun iqtisadi potensialının reallaşdırılmasına yönəldilmiş mümkün qarşılıqlı faydalı təşəbbüslərin vacibliyini də vurğulayıblar. Bunun nə anlama gəldiyi hələ tam aydın deyil. Lakin bu təşəbbüslər həyata keçərsə, Azərbaycanın siyasətində böyük dəyişiklik baş verəcək. Çünki rəsmi Bakı Dağlıq Qarabağ münaqişəsi ilə bağlı strategiyasının əsas elementlərindən birinin Ermənistanın iqtisadi cəhətdən təcridi olduğunu düşünür. Azərbaycan prezidenti İlham Əliyev bu mövqeyini bu günlərdə bir daha təkrar edib. “Biz Ermənistanı təcrid etmək üçün bütün vasitələrdən istifadə edirik və edəcəyik. O vaxta qədər ki, torpaqlarımız azad olunsun”, - deyə İ.Əliyev Azərbaycan Nazirlər Kabinetinin yanvarın 11-də keçirilmiş iclasında bildirib.

O.Vartanyan “Eurasinet.org” saytına bildirib ki, tərəflər arasında mümkün müzakirə mövzularından biri Ermənistana Bakı-Tbilisi-Qars dəmir yolu şəbəkəsinə qoşulmaq imkanının yaradılması ola bilər. Onun sözlərinə görə, Ermənistan Bakı-Tbilisi-Qars dəmir yolunun üstünlüyündən faydalanmaq məqsədilə dəmir yolunun yaxınlığında yeni böyük sərhəd məntəqəsi də yaradıb: “Amma erməni məhsullarının bu dəmir yolu vasitəsilə daşınmasına imkan yaradılacaqmı? Bu, hələ bəlli deyil”.

Xarici işlər nazirləri Əliyevlə Paşinyan arasında görüşün təşkilinə dair birgə fəaliyyət haqda da razılığa gəliblər. Xatırladaq ki, Əliyevlə Paşinyan MDB Dövlət Başçıları Şurasının ötən il Düşənbədə keçirilmiş toplantısı çərçivəsində qısa görüş keçirmişdilər. Görüşdə yeni əlaqələrin yaradılması ilə bağlı razılıq əldə olunmuşdu.

ATƏT hesab edir ki, tərəflər arasında məhz yeni rabitənin yaradılması nəticəsində təmas xəttində atəşkəs rejiminin pozulması halları və qurbanlar haqda xəbərlər mühüm dərəcədə azalıb.

Ümumiyyətlə, Ermənistanda Paşinyanın hakimiyyətə gəlişi Bakıda müəyyən nikbinlik yaradıb. Onlar düşünür ki, bu, uzun müddətdir “dalana dirənmiş” danışıqlar prosesinin fəallaşmasına yol aça bilər. Azərbaycan öz növbəsində, buna bəzi kadr dəyişikliklərilə cavab verir. Bununla yanaşı, o, Ermənistanla bağlı ritorikanı da yumşaldıb.

Bu arada Rusiyanın xarici işlər naziri Sergey Lavrov yanvarın 16-da keçirdiyi mətbuat konfransında Azərbaycanın atdığı bu addımları vurğulayaraq, Ermənistanın da ona belə cavab verəcəyinə ümidini dilə gətirib: “Bakı münaqişənin həll yollarının axtarılmasına hazır olduğunu bildirir. Düşünürəm ki, Azərbaycanın bu bəyanatı hər cür dəstəyə layiqdir. Ümid edirik ki, erməni dostlarımız buna qarşılıqlı cavab verəcək”.

İngilis dilindən tərcümə -

www.worldmedia.az



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
24.02.2019
23.02.2019
22.02.2019