Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Elektrik enerji istehsalı 25,2 milyard kilovat/saat təşkil edib
Tarix: 20.01.2019 | Saat: 14:08:00
Bölmə:İqtisadiyyat | çapa göndər

Ötən il Azərbaycanda ümumi elektrik enerjisi istehsalı 25,2 milyard kilovat/saat olub.

Hafta.az xəbər verir ki, bu barədə Energetika Nazirliyinin yaydığı hesabatda deyilir.

Bildirilir ki, 2018-ci ildə respublikada ümumi elektrik enerjisi istehsalı 25 milyard 256,1 milyon kilovat/saat olub. İl ərzində “Azərenerji” ASC və Naxçıvan Muxtar Respublikasının Dövlət Energetika Xidmətinə məxsus İstilik Elektrik Stansiyalarında (İES) 21 milyard 163,7 milyon kilovat/saat, Su Elektrik Stansiyalarında (SES) isə 1 milyard 754,3 milyon kilovat/saat elektrik enerjisi istehsal edilib. Qalan elektrik enerjisi müstəqil elektrik stansiyalarının payına düşür.

Belə ki, “Azərenerji” ASC üzrə elektrik enerjisi istehsalı 22,52 milyard milyard kilovat/saat (İES-lərdə 20,9 milyard kilovat/saat, SES-lərdə 1,6 milyard kilovat/saat), Naxçıvanın Dövlət Energetika Xidməti üzrə 431,4 milyon kilovat/saat (İES-lərdə 245,1 milyon kilovat/saat, SES-lərdə 152,1 milyon kilovat/saat, Günəş Elektrik Stansiyalarında 34,2 milyon kilovat/saat), Müstəqil Elektrik Stansiyaları üzrə isə 2,3 milyard kilovat/saat təşkil edib.



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
24.02.2019
23.02.2019
22.02.2019