Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Cənub Qaz Dəhlizinin tərkib hissəsi olan layihələrin icra vəziyyəti açıqlanıb
Tarix: 20.01.2019 | Saat: 23:48:00
Bölmə:İqtisadiyyat | çapa göndər

Cənub Qaz Dəhlizinin tərkibinə daxil olan layihələrin icra vəziyyəti açıqlanıb.

Hafta.az Energetika Nazirliyinin yaydığı hesabata istinadla xəbər verir ki, 2018-ci ilin sonuna “Şahdəniz-2” layihəsi üzrə ilk qazın hasilatı üzrə ümumi işlərin 100 faizi, tammiqyaslı işlənmə üzrə görüləcək işlərin 92,3 faizi, Cənubi Qafqaz Boru Kəmərinin Genişləndirilməsi (CQBKG) layihəsi üzrə işlərin 99,8 faizi, TANAP-ın inşası üzrə işlərin 98,8 faizi, TAP boru kəmərinin tikintisi üzrə işlərin isə 82,4 faizi yerinə yetirilib.

Qeyd edək ki, Avropa İttifaqı üçün prioritet enerji layihələrindən biri olan Cənub Qaz Dəhlizinin seqmentlərini “Şahdəniz-2”, Cənubi Qafqaz Boru Kəmərinin Genişləndirilməsi, TANAP və TAP layihələri təşkil edir. Bu boru kəmərləri zənciri Xəzər dənizinin Azərbaycan sektorundakı “Şahdəniz-2” yatağından hasil olunan təbii qazı Türkiyəyə və həmin ölkədən də Avropaya çatdıracaq. Uzunluğu 3 min 500 kilometr olan Cənub Qaz Dəhlizi vasitəsilə ilkin mərhələdə Türkiyəyə 6 milyard kubmetr, Avropaya isə 10 milyard kubmetr Azərbaycan qazının nəqli planlaşdırılır.

Ötən il mayın 29-da Səngəçal terminalında Cənub Qaz Dəhlizinin rəsmi açılış mərasimi keçirilib və Azərbaycan təbii qazı Cənub Qaz Dəhlizi sisteminə vurulub. Həmin il iyunun 12-də isə Türkiyənin Əskişəhər şəhərində TANAP qaz kəməri istifadəyə verilib. Türkiyəyə ilk qaz həcmlərinin nəqli planlaşdırıldığı kimi iyunun 30-dan başlayıb. Azərbaycan təbii qazının 2020-ci ildə Avropaya çatdırılması nəzərdə tutulur.



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
24.02.2019
23.02.2019
22.02.2019