Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Azərbaycan Prezidenti siyasətinin əsasında vətəndaş amili dayandığını bir daha təsdiqlədi - Bizim baxış
Tarix: 26.01.2019 | Saat: 14:28:00
Bölmə:Gündəm | çapa göndər

2019-cu ilin əvvəlindən başlayaraq Azərbaycanda dövlət idarəetmə sisteminin təkmilləşdirilməsi ilə bağlı struktur islahatlarına start verilib. Artıq zamanını doldurmuş və fəaliyyəti yalnız kağız üzərində qalan, bir-birini təkrarlayan qurumların fəaliyyətinə son qoyulur. Struktur islahatların başlıca məqsədi isə daha çevik fəaliyyət göstərən, vətəndaşların problemlərini, qarşıya çıxan çətinlikləri tez bir zamanda həll etmək iqtidarında olan idarəetmə aparatının formalaşdırılmasıdır. Bu islahatlar fonunda ən çox müzakirə edilən və vətəndaşlar arasında narahatlıqla qarşılanan məqam isə ixtisara düşən işçilərin sonrakı taleyi ilə bağlı məsələdir.

Artıq ən yüksək səviyyədə vətəndaşları narahat edən bu məsələyə çevik reaksiya verilib.
Azərbaycan Prezidenti İlham Əliyev yanvarın 24-də Bakının Sabunçu rayonunun Pirşağı qəsəbəsində Kənd Təsərrüfatı Nazirliyinin əsaslı şəkildə yenidən qurulan Tərəvəzçilik Elmi-Tədqiqat İnstitutunun və “Kartof və tərəvəz toxumları istehsalı” kompleksinin açılışında çıxışı zamanı işlərini itirənlərin sonrakı taleyiinin qaranlıq qalacağı ilə bağlı bəzilərinin yaydığı əsassız iddialara son qoydu. Dövlət başçısının məsələyə münasibətini olduğu kimi təqdim edirik:

"Mən çox şadam ki, bu gün sizinlə birlikdə bu gözəl institutun yenidənqurmadan sonra açılışında iştirak edirik. Onu da bildirməliyəm ki, hazırda Kənd Təsərrüfatı Nazirliyində və digər dövlət qurumlarında struktur islahatları aparılır. Bu islahatların bir məqsədi var ki, biz işimizi daha da yüksək səviyyədə quraq. Onu da bildirməliyəm ki, mövcud strukturlarda, ixtisar olunan strukturlarda çalışan vətəndaşlar işlə təmin olunacaqlar. Kənd təsərrüfatında heç bir ixtisar gözlənilmir və digər strukturlara da tapşırılıb ki, islahatlar ixtisarlara gətirib çıxarmasın. Yəni, o müəssisələrdə, o xidmətlərdə, agentliklərdə çalışan vətəndaşlar bilsinlər ki, onların məşğulluğu daim diqqət mərkəzindədir".

Bəli, dövlət başçısı bir daha Azərbaycanın dövlət siyasətinin əsasında vətəndaş amili dayandığını göstərmiş oldu. Heç kim kənarda qalmayacaq, hər kəs yenidən işlə təmin ediləcək.

Bu bəyanatdan bir gün sonra dövlətin qeyd olunan məsələdə hansı iradəni sərgilədiyini göstərən başqa bir olay yaşandı. Bu dəfə Azərbaycanın birinci vitse-prezidenti Mehriban xanım Əliyeva struktur islahatları çərçivəsində işlərini itirmiş bir qrup vətəndaşın ona ünvanlandğıı müraciəti cavabsız qoymadı.

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva “Hərbiləşdirilmiş Mühafizə Dəstəsi” MMC-də çalışan və işdən ixtisar olunan əməkdaşların müvafiq işlə təmin edilməsi barədə “Azərenerji” ASC-yə göstəriş verdi.

Qeyd edək ki, 2018-ci il dekabrın 13-də bir qrup şəxs “Hərbiləşdirilmiş Mühafizə Dəstəsi” MMC-də tutduğu vəzifəsindən azad olunması ilə bağlı Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevaya məktubla müraciət edib. Müraciətin araşdırılması nəticəsində məlum olub ki, 2018-ci il iyulun 3-də Mingəçevir şəhərindəki Azərbaycan İstilik Elektrik Stansiyasında baş vermiş qəza ilə əlaqədar enerji sisteminin dövlət əhəmiyyətli strateji obyektlərində təxribat və terror xarakterli əməllərin qarşısının alınması üçün qabaqlayıcı tədbirlər kimi bu obyektlərin mühafizəsinin Daxili İşlər Nazirliyinin Mühafizə polisi tərəfindən aparılması barədə qərar qəbul edilib. “Azərenerji” ASC tərəfindən “Azərbaycan İES” MMC-nin mühafizəsinin zəruri hissəsi Daxili İşlər Nazirliyinə həvalə olunduğundan, Mingəçevir və Varvara Su Elektrik Stansiyalarının mühafizəsinin böyük hissəsi Fövqəladə Hallar Nazirliyi tərəfindən həyata keçirildiyindən, eləcə də “Azərbaycan İES” və bir sıra stansiyalarda ağıllı müşahidə kameraları quraşdırıldığından və hasarlama işləri aparıldığından bəzi işçilərin ixtisarı barədə qərar qəbul olunub.
Bütün bunlarla yanaşı, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva məsələnin işçilərin əmək hüquqlarının bərpa olunması şərti ilə operativ həllinə və onların müvafiq işlə təmin olunmasına dair göstəriş verib.

Artıq ilkin nəticə də var.

Son məlumata görə, Azərbaycan Respublikasının birinci vitse-prezidenti Mehriban Əliyevanın “Hərbiləşdirilmiş Mühafizə Dəstəsi” MMC-də çalışan və işdən ixtisar olunan əməkdaşların müvafiq işlə təmin edilməsi barədə “Azərenerji” ASC-yə verdiyi göstəriş dərhal icraata götürülüb. Bu barədə “Azərenerji” ASC-nin İctimaiyyətlə əlaqələr və mətbuat mərkəzindən məlumat verilib.

Bununla bağlı “Azərenerji” ASC-də xüsusi komissiya yaradılıb və qeyd edilən vətəndaşların qısa müddətdə Səhmdar Cəmiyyətin Mingəçevir şəhərində yerləşən struktur bölmələrində müvafiq işlə təmin edilməsi məsələsi həll ediləcək.

Bütün bu qeyd olunanları nəzərə alaraq aparılan struktur islahatların məqsəd və məramının nədən ibarət olduğunu açıqlağa zərurət yarandığı qənaətindəyik.

" Son illər ərzində ölkəmizdə bütün sahələri əhatə edən sistemli və kompleks islahatlar aparılıb, Azərbaycan iqtisadiyyatının dayanıqlı və dinamik inkişafı təmin edilib. Məhz ötən dövrdə aparılan islahatların nəticəsidir ki, Azərbaycanda yüksək rəqabət qabiliyyətinə malik iqtisadiyyat formalaşıb. Təsadüfi deyil ki, ölkəmizin sosial-iqtisadi inkişaf sahəsindəki göstəriciləri bütün dünya üzrə ən yaxşılardan hesab edilir. Digər tərəfdən, Azərbaycanın dinamik inkişafı, iqtisadi və sosial sferada əsaslı pozitiv dəyişikliklərin həyata keçirilməsi, cəmiyyət həyatının bütün sahələrində müşahidə olunan yeniləşmə dövlət idarəçiliyi sisteminin təkmilləşdirilməsini, səmərəliliyin yüksəldilməsini, çevik və məqsədyönlü fəaliyyət göstərən yeni idarəetmə strukturunun formalaşdırılmasını zərurətə çevirib. Bu mənada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən 14 yanvar 2019-cu il tarixində struktur islahatları istiqamətində mühüm qərarlar qəbul edilməsi xüsusi əhəmiyyətə malikdir".
Hafta.az xəbər verir ki, bu fikirləri YAP Siyasi Şurasının üzvü, Milli Məclisin deputatı Məlahət İbrahimqızı səsləndirib. Onun sözlərinə görə, Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan struktur islahatlarının əsas məqsədi idarəetmədə çevikliyi və səmərəliliyi artırmaq, cəmiyyətdə formalaşan yeni çağırışlara və iqtisadiyyatda baş verən struktur dəyişikliklərinə adekvat uyğunlaşmanı təmin etməkdir. Struktur islahatları dövlət idarəetməsini iqtisadi inkişafın yeni mərhələsinə uyğunlaşdırır. İdarəetmə və iqtisadi inkişaf arasında tarazlıq, qarşılıqlı əlaqə və bir-birini tamamlama kimi prinsiplər qorunur. Ümumiyyətlə, ölkəmizdə reallaşdırılan struktur islahatları dərin hüquqi və institusional islahatların davamı kimi mühüm əhəmiyyətə malikdir.

Bəli, struktur islahatları zamanın tələbidir və Azərbaycanın sürətli iqtisadi inkişafı bunu tələb edir. Lakin dövlət bu prosesin vətəndaşlara təsirini minimallaşdırmaq və zərərsiz başa çatmasını həyata keçirtmək üçün güclü siyasi iradəyə malikdir. Digər dövlətlərdən fərqli olaraq Azərbaycan Prezidenti və onun komandası hər zaman vətəndaş məmnunluğunun təmini üçün çalışıb.

 



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
23.03.2019
22.03.2019
21.03.2019