Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Goranboyda qardaşını qətlə yetirən 14 yaşlı oğlan saxlanıldı
Tarix: 26.01.2019 | Saat: 15:53:00
Bölmə:Bölgə Hadisə | çapa göndər

Goranboy rayonunda qardaşını qətlə yetirən şəxs saxlanılıb.

Bu barədə hafta.az-a Goranboy rayon Prokurorluğundan məlumat verilib.

Məlumatda bildirilir ki, yanvarın 25-də axşam saat 23 radələrində Goranboy rayonunun Xanqərvənd kənd sakini, 2004-cü il təvəllüdlü Xəlil Məmmədov yaşadıqları evdə qardaşı, 2002-ci il təvəllüdlü İsmayıl Məmmədovla aralarında baş vermiş şəxsi münasibətlər zəminində mübahisə edib.

Mübahisə nəticəsində X.Məmmədov İ.Məmmədova döş qəfəsindən bıçaqla xəsarət yetirib.

İ.Məmmədov aldığı xəsarətdən hadisə yerində dünyasını dəyişib.

Faktla bağlı Goranboy rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanıb, iş üzrə zəruri ekspertizalar təyin edilib və istintaq hərəkətləri davam etdirilir.

Keçirilən istintaq-əməliyyat tədbirləri nəticəsində X.Məmmədov şübhəli şəxs qismində saxlanılıb.



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
23.03.2019
22.03.2019
21.03.2019