Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
“Eurovision-2019”un yarımfinalçılarının püşkatma mərasimi yanvarın 28-də keçiriləcək
Tarix: 26.01.2019 | Saat: 17:20:00
Bölmə:Mədəniyyət | çapa göndər

“Eurovision-2019” mahnı müsabiqəsinin yarımfinalçılarının püşkatma mərasimi yanvarın 28-də İsraildə, Təl-Əviv İncəsənət Muzeyində təşkil ediləcək. Həmin tədbirdə mahnı festivalının simvolik açarı Lissabon tərəfindən İsrailə təqdim ediləcək.

Hafta.az TASS-a istinadla xəbər verir ki, bu barədə Təl-Əviv bələdiyyəsinin mətbuat xidmətinin rəsmi məlumatında bildirilir.

“Yarımfinalçıların püşkatması və simvolik açarın ötürülməsi mərasimi Təl-Əvivdə “Eurovision-2019”la bağlı ilk rəsmi tədbirdir. Daha sonra İncəsənət Muzeyində keçiriləcək püşkatma iki yarımfinalda çıxışların ardıcıllığını müəyyən edəcək. Yarışmanın yarımfinal müsabiqələri Təl-Əvivin Sərgi Mərkəzində mayın 14-də və 16-da, final mərhələsi isə mayın 18-də təşkil olunacaq. Yarımfinalçıların püşkatması iki hissədən ibarətdir: birinci hissədə çıxışların ardıcıllığı və qabaqcadan təsnifatdan keçmiş 6 ölkənin – Fransa, Almaniya, İtaliya, İspaniya və Böyük Britaniyanın, həmçinin ev sahibi İsrailin səsverməsi keçiriləcək. Püşkatmanın ikinci hissəsində isə qalan 36 iştirakçı ölkənin hər birinin çıxış ardıcıllığı müəyyən ediləcək”, - deyə bələdiyyənin məlumatında bildirilir.

İsrail 2019-cu ildə beynəlxalq mahnı festivalının keçirilməsi hüququna 2018-ci il mayın 13-də Lissabonda “Eurovision” müsabiqəsində israilli Netta Barzilayın “Toy” mahnısı ilə qazandığı qələbədən sonra nail olub.



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
19.03.2019
18.03.2019