Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Kütləvi ixtisarların aparılması nəzərdə tutulmayıb - FHN
Tarix: 26.01.2019 | Saat: 19:00:00
Bölmə:Sosial | çapa göndər

Fövqəladə Hallar Nazirliyi (FHN) guya bu qurumda geniş ixtisarların aparılması barədə bəzi KİV-də yer alan həqiqətə uyğun olmayan informasiyalarla bağlı məlumat yayıb.

Hafta.az FHN-in saytına istinadla xəbər verir ki, məlumatda deyilir: “Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin dövlət idarəçiliyinin daha da təkmilləşdirilməsi, dövlət orqanlarının və qurumlarının fəaliyyətinin optimallaşdırılması və dövlət büdcəsi vəsaitindən səmərəli istifadənin təmin olunması məqsədilə imzaladığı fərman və sərəncamlara, verdiyi tapşırıq və tövsiyələrə uyğun olaraq, Fövqəladə Hallar Nazirliyində struktur islahatları davam etdirilir.

Təəssüf hissi ilə bildiririk ki, bəzi KİV-də bu struktur islahatları fonunda Fövqəladə Hallar Nazirliyində geniş ixtisarların aparılması kimi həqiqətə uyğun olmayan məlumatlar yayılmaqdadır. Qeyd edək ki, həyata keçirilən struktur islahatları zamanı hər hansı kütləvi ixtisarlar aparılmır və belə ixtisarların aparılması nəzərdə tutulmayıb.

Bir daha KİV nümayəndələrini diqqətli olmağa və həqiqətə uyğun olmayan, dəqiqləşdirilməmiş məlumatlar yaymamağa çağırırıq”.



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
23.03.2019
22.03.2019
21.03.2019