Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Qaxda evlərdən və mağazadan oğurluq edənlər saxlanılıb
Tarix: 26.01.2019 | Saat: 19:24:00
Bölmə:Bölgə Hadisə | çapa göndər

Qax Rayon Polis Şöbəsinə ərizə ilə müraciət edən rayon sakini Elman Səfərov Qaxbaş kəndindəki evindən 490 manatlıq dəyərində məişət əşyalarının oğurlandığını bildirib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, oğurluğu törədən şəxslərin rayonun Qaxingiloy kənd sakinləri Eristo Lomaşvili və Zviadi Zurabaşvili olduqları keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində müəyyənləşdirilib. Onlar şübhəli şəxs qismində saxlanılaraq polis şöbəsinə gətirilib. Həmin şəxslər dindirilmə zamanı törətdikləri cinayət əməlini etiraf ediblər.

Onların ətraflarında aparılan araşdırmalarla həmin şəxslərin digər cinayət əməllərinin də üstü açılıb. Belə ki, ötən ilin sentyabrında Eristo Lomaşvili və Zviadi Zurabaşvili qabaqcadan əlbir olaraq rayon sakini H.Məmmədova məxsus evdən 1000 manat dəyərində televizor və digər məişət əşyaları, A.Tağıyevə məxsus mağazadan pul və tütün məmulatları, eləcə də Z.Zurabaşvili Qaxingiloy kəndindəki evlərin birindən pul, mobil telefon, fotoaparat və digər əşyalar da oğurlayıb. Oğurlanmış əşyaların bir qismi maddi sübut kimi götürülərək istintaqa təhvil verilib.

Faktlarla bağlı araşdırma aparılır.



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
23.03.2019
22.03.2019
21.03.2019