Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Məhkəmə Köçəryanın kasasiya şikayətini rədd etdi – “İçəri”də qalacaq
Tarix: 31.01.2019 | Saat: 15:26:00
Bölmə:İrəvandan xəbər var | çapa göndər

İrəvan Şəhər Məhkəməsində Ermənistanın keçmiş prezidenti Robert Köçəryanın girov müqabilində ölkədən çıxmaması şərti ilə azadlığa buraxılması məsələsinə baxılıb.

Hafta.az-ın tert.am-a istinadən verdiyi xəbərə görə, bu barədə Robert Köçəryanın vəkili Artur Mkrtçyan məlumat verib. Onun sözlərinə görə keçmiş prezident ağırlaşdırıcı maddə ilə həbsdə saxlandığı üçün edilən müraciət rədd olunub.

Vəkil qeyd edib ki, proses hakim Rubik Mixitaryanın sədrliyi ilə keçib. Hüquqlarını müdafiə etdiyi şəxs “mart hadisələrində vəzifə səlahiyyətlərini aşaraq konstitusiya nizamını pozduğu üçün” “qırmızı maddə” ilə ittiham olunur və onun yüngülləşdirici çıxış yolu demək olar ki, yoxdur.

Artur Mkrtçyanın sözlərinə görə, prezidentin ittiham olunduğu maddə üzrə keçmiş müdafiə naziri Seyran Ohanyan, KTMT-nin keçmiş rəhbəri Yuri Xaçaturyan və müdafiə komitəsinin keçmiş rəhbəri Mixail Arutyunyan da ittiham edilir.



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
23.04.2019
22.04.2019