Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
"Son 30 ildə 95 mindən çox kəşmirli həlak olub" - SƏFİR
Tarix: 05.02.2019 | Saat: 12:14:00
Bölmə:Gündəm | çapa göndər

Bu gün Pakistanın ölkəmizdəki səfirliyində Kəşmirin Həmrəylik Günü ilə bağlı mətbuat konfransı keçirilib.

Hafta.az-ın məlumatına görə, çıxış edən səfir Səid Xan Mohmand bildirib ki, Kəşmirin Həmrəylik Günü 1990-cı ildən başlayaraq hər il fevralın 5-də qeyd olunur. Bu münasibətlə Pakistanın dünyanın bütün ölkələrindəki diplomatik korpuslarında tədbirlər keçirilir, yerli ictimaiyyət məlumatlandırılır. Əvvəlcə Kəşmir hadisələrindən bəhs edən videoçarx nümayiş olunub.

Daha sonra çıxış edən səfir Səid Xan Mohmand Pakistan prezidenti və baş nazirinin müraciətini oxuyub. Hər iki müraciətdə Kəşmir faciəsindən söz açılır, onillərlə davam edən münaqişədə böyük sayda insan itkisi xatırladılır, dünya birliyi bu qətlimları dayandırmağa çağrılır.

Münaqişənin mahiyyətindən söz açan səfir Səid Xan Mohmand bildirib ki, 1947-ci ilin oktyabrında Hindistan ordusu Kəşmiri işğal edib və bu da azadlıqsevər kəşmirlilərin üsyana qalxmasına səbəb olub. O vaxtdan üzü bəri minlərlə kəşmirli azadlıq mübarizəsinin qurbanına çevrilib. Səfir Səid Xan Mohmand bildirik ki, 1989-cu ildən bu yana Kəşmirin azadlığı uğrunda 95 mindən çox kəşmirli dünyasını dəyişib, 145 mindən çox insan yaralanıb. Üstəlik, 11 min 107 qadın təcavüzə məruz qalıb, 110 min yaşayış evi hind ordusunun bölmələri tərəfindən dağıdılıb. Həmçinin, 25 minə yaxın qadın dul qalıb, təxminən 108 min uşaq valideynlərini itirib. Səfir onu da qeyd edib ki, bütün bu rəqəmlər rəsmən açıqlananlardır, əslində isə, belə faktlar daha çoxdur. Diplomat bilditib ki, vəhşilik və alçaldılmalar Kəşmir xalqının BMT nizamnaməsi və Təhlükəsizlik Şurasının qərarlarında nəzərdə tutulan öz qanuni müqəddəratını təyinetmə hüququ uğrunda mübarizəsinin qarşısını ala bilməyib. O, əminliklə bildirib ki, məcburiyyət və insan hüquqlarının pozulması heç vaxt bu mübarizəni dayandıra bilməyəcək.

Səfir Kəşmir problemindən danışarkən Qarabağ münaqişəsindən də söz açıb. Bildirib ki, Pakistan hökuməti Qarabağ münaqişəsinin həllində birmənalı şəkildə Azərbaycanın mövqeyini dəstəkləyir. O cümlədən, Azərbaycan da Kəşmir xalqının haqlı mübarizəsinə dəstək cerir və Pakistanla eyni mövqedə dayanır. Xocalı faciəsindən söz aman səfir bildirib ki, Pakistan bu amansız qətliamı soyqırım kimi tanıyır. Amma dünya ölkələri hələ də bu faciəbi soyqırım kimi tanımaqda tərəddüd edirlər. "Pakistanla Azərbaycan əskində tək bu məsələlərdə deyil, bütün sahələtdə ciddi əməkdaşlıq edir və əlaqələrimiz sürətlə inkişaf etməkdədir" deyib səfir.

 

Maraqlıdır, Kəşmirdə nə baş verib və ümumiyyətlə, bu problemin mahiyyəti nədir? 

Ötən əsrin ortalarından başlayaraq Kəşmir xalqı öz milli azadlığı uğrunda mübarizə aparır və bu yolda minlərlə şəhid verib. Əlbəttə ki, Pakistan dövləti işğal altında olan kəşmirlilərə siyasi, mənəvi və diplomatik dəstək verir, bu problemin reallığını dünyaya duyurmaq üçün mütəmadi şəkildə seminar və konfranslar, hətta küçə aksiyaları - nümayişlər belə təşkil edir. Amma geridə buraxdığımız onillər ərzində o qədər hadisələr olub ki, Kəşmir düyününü açmaq əvvəlki dövrlərdəki ilə müqayisədə daha da çətinləşib. Fikir verin: Britaniya parlamentinin 18 iyulda qəbul etdiyi, 3 iyun 1947-ci il tarixli Hindistanın müstəqillik aktına və bölünmə planına əsasən müstəmləkə ərazisində həmin il iki müstəqil dövlət yaradılmalı, hindlilərin üstünlük təşkil etdiyi ərazilər Hindistana, qərb əyalətləri və şərqi Benqalda müsəlmanların çox olduğu ərazilər isə Pakistana daxil olmalı idi. Üstəlik, bölünmə şərtlərinə əsasən, knyazlıqlar coğrafi mövqe və ictimai demoqrafiya nəzərə alınmaqla ya Pakistana, ya da Hindistana birləşməli idi. Əhalisinin 87 faizi müsəlmanlardan ibarət olan Kəşmirin Pakistana birləşmək üçün təbii meyli vardı. Ancaq Kəşmirin o zamankı hindli hökmdarı maharaca Hari Sinqh və Hindistan Milli Konqresinin məkrli planları milyonlarla kəşmirlinin gələcəyinin məhv olunmasına yol açmışdı. 1947-ci il oktyabrın 27-də bölünmə planının ruhuna və kəşmirlilərin arzularına məhəl qoymadan, Hindistan qoşun yeridərək Kəşmiri işğal etmişdi.

Kəşmir xalqı Hindistanın qeyri-qanuni işğalını elə ilk gündən qəbul etməyərək silahlı mübarizəyə başlanılmışdı. 1948-ci il yanvarın 1-də silahlı qüvvələrinin məğlub olacağını hiss edən Hindistan BMT Təhlükəsizlik Şurasına müraciət etdi. Pakistan və Hindistanın da qəbul etdiyi Təhlükəsizlik Şurasının sonrakı qətnamələrində atəşkəs, atəşkəs xəttinin demarkasiyası, Kəşmirin demilitarizasiyası nəzərdə tutulmuş, BMT tərəfindən azad və qərəzsiz ümumxalq səsvermə keçirilməsi xahiş olunmuşdu. Atəşkəs xəttinin demarkasiyası Kəşmirin iki hissəyə - Azad Cammu və Kəşmirə, eləcə də Hindistanın işğal etdiyi Kəşmirə bölünməsi ilə nəticələndi. BMT qətnamələrinin birinci mərhələsi - atəşkəs icra olunsa da, ərazinin demilitarizasiyası və BMT–nin himayəsi altında ümumxalq səsvermənin keçirilməsi bu günə kimi yerinə yetirilməmiş qalır. 1947-ci il oktyabrın 27-də Hindistanın ilk dövlət başçısı Lord Mountbaten deyirdi: “Kəşmirin birləşmə məsələsi bu ştatın xalqının arzusuna uyğun olaraq çözülməlidir, hökumətimin arzusu orada qayda-qanun yaranan kimi, ştatın birləşmə məsələsinin xalqa müraciət etməklə həll olunmasıdır”.

Hindistanın ilk baş naziri Cavaharlal Neru 1952-ci il 26 iyunda parlamentdə çıxış edərkən deyirdi: “...Kəşmir xalqı bizimlə qalmaq istəmirsə, mütləq getsin; bizim üçün nə qədər ağır olsa da, onları saxlamayacağıq”. Kəşmir münaqişəsinin ən acınacaqlı tərəfi odur ki, Hindistan bu məsələni BMT-nin gündəliyinə özü çıxarıb, ancaq sonra münaqişənin həlli və Kəşmir xalqına öz müqəddəratını təyinetmə hüququnun verilməsi ilə bağlı beynəlxalq ictimaiyyət qarşısında səsləndirdiyi vədlərindən geri çəkilib.

Dehli ilə İslamabad arasında dialoq prosesinin davam etməsinə baxmayaraq, yerlərdə vəziyyət Hindistanın günahsız Cammu və Kəşmir xalqına qarşı dövlət terrorizminin əngəlsiz davam etməsi üzündən dəyişməz qalır. Son 20 ildə Hindistan Silahlı Qüvvələri işğal olunmuş Kəşmirdə 100 minədək mülkü şəxsi, 7 mindən çox məhkumu qətlə yetirib, 25 mindən çox qadını dul, 108 mindən çox uşağı yetim qoyub. Bu müddətdə hind əsgərlər tərəfindən 10200 kəşmirli müsəlman qadına təcavüz olunub, 110 min yaşayış evi dağıdılıb və sair.

2008-ci ilin ikinci yarısında Hindistan beynəlxalq ictimaiyyəti aldatmaq və kəşmirlilərə növbəti marionet hökumət qəbul etdirmək üçün yeni seçki dramı səhnələşdirdi. Bir aydan çox davam edən seçki prosesi zamanı işğalçı hökumət hürriyyətin bütün rəhbərliyini həbs və ya ev dustağı edib, bütün Kəşmir vadisini mühasirədə saxlayıb.

Pakistan isə dəfələrlə bəyan edib ki, iki ölkə arasında əsas məsələnin həlli ilə bağlı kəşmirlilərin istəklərinə zidd hər hansı variant qəbul olunmayacaq.



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
24.02.2019
23.02.2019
22.02.2019