Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Dünyanın ən çox qızıl alan ölkələri - Rusiya, Türkiyə və Qazaxıstan
Tarix: 04.02.2019 | Saat: 16:23:00
Bölmə:Maraqlı | çapa göndər

Dünya üzrə mərkəzi bankların 2018-ci ildə aldığı qızılın həcminə dair siyahı açıqlanıb.

Hafta.az yazır ki, siyahıya əsasən 2018-ci ildə 1971-ci ildən bu yana ən çox qızıl alan ölkələrin Rusiya, Türkiyə və Qazaxıstan olduğu üzə çıxıb. Beynəlxalq Qızıl Şurası (WGC) tərəfindən açıqlanan hesabata görə, bütün dünyadakı Mərkəzi banklar 2018-ci ildə ümumilikdə 651,5 ton qızıl alıb. Bu da son 47 il ərzində rekorddur. 

Məsələn, Rusiya öz iqtisadiyyatını dollardan azad etmə prosesi çərçivəsində ötən il 274,3 ton qızıl alaraq 2018-ci ildə dünyanın ən çox qızıl alan ilk ölkəsi olub. bununla da Rusiyanın qızıl ehtiyyatı ötən il 2133 tona çatıb. Siyahıda ikincilik Türkiyəyə məxsusdur. Qardaş ölkə ötən il 51,5 ton, siyahıda üçüncü olan Qazaxıstan isə 50,6 ton qızıl alaraq ehtiyyatlarını artırıblar. Bununla da Türkiyənin qızıl ehtiyyatı 564,8 tona, Qazaxlstanınkı isə 325 tona çatıb.

Ümumiyyətlə, dünya üzrə mərkəzi bankların qızıl ehtiyyatı 2018-ci ildə 34 min tona yüksəlib. 



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
24.02.2019
23.02.2019
22.02.2019