Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Nazirlik gənc şairləri ASAN könüllüləri ilə görüşdürdü – FOTOLAR
Tarix: 05.02.2019 | Saat: 11:58:00
Bölmə:Mədəniyyət | çapa göndər

Fevralın 4-də Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə AYB-nin üzvləri, gənc şairlər Tural Turan, İntiqam Yaşar və Emil Rasimoğlu ilə oxucuların görüşü keçirilib.

Hafta.az xəbər verir ki, görüş Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında baş tutub. Tədbiri giriş sözü ilə AYB Gənclər Şurasının sədri Elşad Ərşadoğlu açıb.

Elşad Ərşədoğlu bildirib ki, oxucularla görüşü keçirilən şairlər ən yeni dövr Azərbaycan ədəbiyyatında öz üslubları və nəfəsləri ilə seçilir.

Tədbirdə çıxış edən Mədəniyyət Nazirliyinin əməkdaşı Nicat Şirinov baş tutan görüşün ölkə prezidentinin fərmanına əsasən gerçəkləşdiyini deyib. O, bildirib ki, gənc şairlərin görüşü 1-5 fevral tarixlərində gerçəkləşən “Gəncliyin səsi” festivalı əsasında nazirlik tərəfindən təsdiq olunmuş plana əsasən keçirilir.

Sonra oxucular gənc yazarların keçdikləri yaradıcılıq yolu barədə məlumatlandırılıb. Onların hər üçünün yaradıcılıqlarına qısa nəzər salınıb.Daha sonra şairlərə söz verilib.

Oxucular önündə çıxış edən gənc şair İntiqam Yaşar çağdaş Azərbaycan poeziyasında ənənəvi üslublara nəsildaşları tərəfindən yeni rənglərin, ilmələrin hansı səviyyədə işləndiyindən bəhs edib. O, heca şeirinin dünya poeziyasının ana xəttini təşkil edən ağ şeirlə atbaşı getdiyini oxucuların diqqətinə çatdırıb.

Sonra şair Tural Turana söz verilib. Gənc şair hazırda Azərbaycan poeziyasında yeni orijinal üslublu imzaların kasadlığından danışıb. Şair təssüf hissi ilə qeyd edib ki, son dövlər ədəbiyyatda plagiatlıq, yazarlarda dil sərrastlığı problemi yaşanır ki, bu da ümumilikdə ən yeni nəsil ədəbiyyata gələn imzaların bədii yaradıcılıq ömrünü daha da qısaldır. Gənc şairlərin oxucu qıtlığından əziyyət çəkdiyini deyən Tural Turan əslində bunun səbəbinin oxuma mədəniyyətinin aşağı səviyyədə olması ilə əsaslandırıb. Şair Azərbaycan poeziyasının 2010-cular nəslində Fuad Cəfərli, Ulucay Akif, Furqan, Fəridə Uğur, Aqşin Evrən və sair kimi parlaq imzaların olduğunu da xüsusi vurğulayıb.

Daha sonra çıxış edən gənc şair Emil Rasimoğlu müasir dövr Azərbaycan ədəbiyyatında ədəbi cərəyanların hazırkı durumu, yazarlarımızın çoxşaxəli mövzu seçimi və ədəbi ictimaiyyətə təqdim olunan bədii mətnlərin struktural təhlilindən danışıb. Şair bildirib ki, son dövrlərdə Azərbaycan ədəbiyyatında “inkarı inkar” anlayışı ilə modernizmin yoğrulması müşahidə olunmaqdadır. Şair bunun doğru və yanlış boyutları barədə nitq söyləyib.

Eyni zamanda, tədbirdə gənc yazarlardan Fuad Cəfərli, Taleh Mansur və başqaları çıxış edib.

Görüş zamanı şairlər oxucular önündə yeni şeirlərini səsləndiriblər. Qarşı tərəfdə maraq doğuran sualları cavablandırıblar.

Tədbirin sonunda şairlər oxucular üçün yeni çapdan çıxmış kitablarını imzalayıb və onlarla xatirə şəkli çəkdiriblər.



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
23.04.2019
22.04.2019