Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Heyvanlarda qarayara əleyhinə tədbirlər fevralın sonuna kimi yekunlaşdırılacaq
Tarix: 05.02.2019 | Saat: 13:03:00
Bölmə:Bölgə Sosial | çapa göndər

2019-cu ilin ilk günlərindən başlayaraq Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidməti (DBX) ölkə ərazisində "Epizootiya əleyhinə profilaktika və diaqnostika tədbirlər planı"na uyğun olaraq iti yoluxucu xəstəliklərə qarşı profilaktik peyvəndləmə, diaqnostik müayinə və digər tədbirlərin aparılmasına start verib.

DBX-dən hafta.az-a verilən məlumata görə, aparılan tədbirlər çərçivəsində Qax Rayon Baytarlıq İdarəsi rayon ərazisində mülkiyyət formasından asılı olmayaraq təsərrüfatlarda saxlanılan heyvanlarda iti yoluxucu xəstəliklərin qarşısının alınması istiqamətində epizootiya əleyhinə profilaktik tədbirlər aparır.

Qax Rayon Baytarlıq İdarəsi tərəfindən 2019-cu ildə 12 sahə baytarlıq məntəqəsi vasitəsilə rayonun ayrı-ayrı təsərrüfatlarında saxlanılan 11 147 baş iribuynuzlu, 520 baş təkdırnaqlı heyvanda və 1000 baş donuzda qarayara, 1685 baş sahibli itdə quduzluq əleyhinə peyvəndləmə tədbirləri aparılıb. Eləcə də 4 baş iribuynuzlu heyvandan bruselyozun müayinəsi üçün qan nümunəsi götürülərək, 1600 kvadratmetr sahədə profilaktik dezinfeksiya işləri görülüb. İribuynuzlu, təkdırnaqlı heyvanlarda və donuzlarda qarayara əleyhinə tədbirlərin fevralın sonuna kimi yekunlaşdırılması nəzərdə tutulur.

Qeyd edək ki, 2018-ci il ərzində Qax rayonunda saxlanılan kənd təsərrüfatı heyvanları arasında 25 362 baş iribuynuzlu, 82 720 baş xırdabuynuzlu, 1572 baş təkdırnaqlı, 2607 baş donuzda və 3989 baş iribuynuzlu (cavanlarda) heyvanlarda qarayara, 45 008 baş iribuynuzlu, 420 605 baş xırdabuynuzlu heyvanda dabaq, 22 558 baş iribuynuzlu heyvanda nodulyar dermatit, 61970 baş xırdabuynuzlu heyvanlarda çiçək, 2384 baş iribuynuzluda leptosprioz, 4928 baş xırdabuynuzlu (2-6 aylıq dişi quzularda“REV-1” vaksini ilə) və 6451 baş 3-8 aylıq dişi buzovlarda bruselyoz (S-19), 3922 baş it və 1347 baş iribuynuzluda quduzluq, 3244 baş donuzda taun, 161 153 baş quşda (“H”) nyukasl xəstəliklərinə qarşı peyvəndləmə aparılıb. Həmçinin 932 baş təkdırnaqlıda manqo, 1419 baş iribuynuzluda vərəm, 1524 baş qoçda bruselyoz və epididimit, 7226 baş iribuynuzlu heyvanda bruselyoz xəstəliklərinin diaqnostik müayinəsi aparılaraq, 2695 kvadratmetr sahədə məcburi, 15 951 kvadratmetr sahədə profilaktik dezinfeksiya işləri görülüb.

Cari ilin epizootiya əleyhinə planında isə bundan sonra Qax rayonunda ev quşları arasında nyukasl, iribuynuzlu heyvanlarda dabaq, nodulyar dermatit, leptespiros, bruselyoz, xırdabuynuzlu heyvanlarda qarayara, dabaq, çiçək, leptespiros xəstəliklərinə qarşı profilaktik peyvəndləmə tədbirləri aparılacaqdır. Həmçinin həssas heyvanlar arasında bruselyoz xəstəliyini aşkar etmək, xəstəliklərin yayılmasının qarşısını almaq məqsədi ilə xırdabuynuzlu heyvanlardan (qoçlardan) qan nümunələrinin alınması, iribuynuzlu heyvanlarda vərəmə (allergik), qoçlarda infeksion epidedimitə (seroloji) və atlarda manqo xəstəliyinə görə (maleinizasiya) diaqnostik müayinələrin aparılması nəzərdə tutulur.

Tədbirlərin icrası müddətində vətəndaşlar arasında maariflənmə işləri aparılıb, heyvanların yemlənmə, bəslənmə şəraitinin yaxşılaşdırılması və qaydalara ciddi əməl olunması ilə bağlı müvafiq məsləhət və tövsiyələr verilib.

Dövlət Baytarlıq Xidməti bildirir ki, rayon (şəhər) baytarlıq idarələri baytarlıq preparatları, lazımi ləvazimat və avadanlıqlarla təmin edilib.

Hazırda xüsusi təhlükəli xəstəliklərə görə respublikada epizootik vəziyyət sabitdir.



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
23.04.2019
22.04.2019